Page 228 - Islamic Studies 04
P. 228
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (227
Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt
olacağını soruşarlar.
O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. (əz-Zariyat
surəsi\12-13)
Haqq-hesab günü üçün (axirətdə) vəd olunduğunuz
(nemətlər) bunlardır. (Sad surəsi\53)
Başqa bir ayədə həzrət Musanın (ə) dilindən belə buyurulur:
Musa (Firon və Bəni israil qarşısında) dedi: “Mən haqq-hesab
gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim
Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”
(əl-Mumin surəsi\27)
Quran ayələrinə əsasən, qiyamət günü hesab-kitabda heç kimə
zülm olunmayacaq. Ən kiçik haqq belə tapdalanmayacaq. Hər
bir şəxs öz əməlinin nəticəsini alacaq:
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq
etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz! (Yasin surəsi\54)
Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla
haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu
(hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə
Biz kifayətik. (əl-Ənbiya surəsi\47)
Yuxarıdakı ayəyə əsasən, qiyamətdəki savab və əzabın bu
dünya ilə birbaşa əlaqəsi var. Həqiqətdə, insanın dünyadakı