Page 229 - Islamic Studies 04
P. 229
228) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
əməli axirətdə bir cism şəklində hazır olur. Buna görə də
xüsusən, zülmdən danışmaq mənasızdır.
3-3-1. Mühakimədən məqsəd
Allah əvvəldən bütün varlıqların durumunu bilir. Sonuncu gün
yalnız allahın ədalətli mühakiməsinin aşkarlanması üçün
olacaq. Bizim düşüncələr, vicdan və şəxsiyyətimiz aşkara
çıxaraq bu mühakimədə şahidlik edəcəklər. Romalılara ikinci
yazıda gəlib:
“rəftarları görsədir ki, şəriət qanunları qəlbərində yazılıb və
onların vicdanları da bunun doğruluğunu təsdiqləyirlər; çünki
düşüncələri ya onları müttəhəm edər ya da ki müdafiə edər.
Mən verdiyim müjdəyə əsasən, Allah İsa Məsihin vasitəsi ilə
insanların bütün gizli düşüncə və istəklərini mühakimə edəcəyi
gün, bu iş baş tutacaq.”1
Müqəddəs islam dininin buyurduğuna əsasən qiyamət şübhəsiz
ki, ilahi hakimiyyət və səltənətin təzahürüdür. Quran bu haqda
buyurur:
(Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin
qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab
verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan),
(qüdrətilə hər şeyə) qalib olan Allahındır!” (əl-Mumin
surəsi\16)
. 2 romalılar 2: 15-16. 1