Page 230 - Islamic Studies 04
P. 230
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (229
Ümümiyyətlə, zülm çatışmamazlıq və nöqsandan yaranır.
Allah-taala bütün kamal sifətlərinə malik olduğundan, heç vaxt
zülm etmir. Ədalətlə hər bir insanın mükafatını verir.
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq.
(Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış)
olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər:
“Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik
və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb
yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz
qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə
haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!) (əl-
Kəhf surəsi\49)
3-4. Nameyi-əməl
Insanlar dəftərələrdə yazılmış əməlləri əsasında mühakimə
olunacaqlar. Əhdi-Cədid iki cür dəftər tanıtdırır. Biri
möminlərin adı içərisində yazılmış həyat və yaşayış dəftəri1 və
digəri insanların əməlləri içərisində yazılan dəftər. Hamı bu
dəftərlərdə yazılanların əsasında mühakimə ediləcəklər.
“və ölüləri kiçik və böyük gördüm ki, taxtın önündə
dayanmışdılar; və dəftərləri açdılar. Həyat dəftəri olan digər
bir dəftərin ardı ilə açıldı və ölülər mühakimə olundu, onların
dəftərlərdə yazılmış əməlləri əsasında.”2
. Yəhuda 21: 27 və 3: 5 və 13: 8. 1
. yəhuda 20: 12. 2