Page 231 - Islamic Studies 04
P. 231

230) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Bunlara  əsasən  insanlar  öz  yaxşı  və  pis  əməlləri  əsasında

               mühakimə  ediləcəklər.  Insanlar  etdikləri  yaxşı  əməllərə  görə
               mükafatlandırılacaqlar        və    pis     əməllərinə     görə     də

               cəzalandırılacaqlar.

               Müqəddəs islam dininin təlimlərinə əsasən Şübhə olunmayan
               əqidələrdən  biri  də,  insanın  bütün  əməllərinin  (pis  və  yaxşı)

               qeyd olunması və əməl dəftərində          yazılmasıdır. Quranda bu
               haqda buyurulur:


               Sizin üstünüzdə gözətçi mələklər –

               (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan
               mələklər vardır.


               Onlar sizin nə etdiklərinizi bilirlər.  (əl-İnfitar surəsi\10-12)

               Dediyi  hər  sözü  (yazmaq  üçün)  onun  yanında  hazır  durub

               gözləyən (iki mələk) vardır! (Qaf surəsi\18)

               Əlbəttə,  əməllərin  necə  qeyd  olunduğu  dəqiqliyi  ilə  bizə

               məlum deyil. Amma bu işin baş verməsi hədislərə və ayələrə
               əsasən,  qəti  bir  məsələdir.  Quran  açıq  şəkildə  bu  haqda
               buyurur:


               Biz  hər  bir  insanın  əməlini  öz  boynundan  asar  və  qiyamət
               günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq.


               (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün
               sən  haqq-hesab  çəkməyə  özün-özünə  (özün  öz  əməllərinin
               şahidi olmağa) kifayətsən!” (əl-İsra surəsi\13-14)
   226   227   228   229   230   231   232   233   234   235   236