Page 232 - Islamic Studies 04
P. 232

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (231


               Buna  görə  dəqiq  bilirik  ki,  bu  kitab  biz  əməllərimizin  dərc
               olunduğu  kitabdır.  Hərçənd,  biz  onların  çoxunu  unutmuşuq.
               Quran bu haqda buyurur:


               Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara
               xəbər  verəcəkdir.  Allah  (onların  əməllərini  bir-bir)  sayıb
               yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə

               şahiddir! (əl-Mücadələ surəsi\6)

               Ayələrdən  istifadə  olunur  ki,  əməl  dəftərinin  şahid  olması

               hamı  üçün  eyni  deyil. Bəlkə, bəziləri  əməl  dəftərini  görəndə
               sevinir  və  başqalarını  da  onu  oxumağa  dəvət  edir.  Amma
               bəziləri  isə  qəm  və  iztirabın  şiddətindən  əməl  dəftərini

               görməməyi arzulayır.

               3-5. Yeni yaradılış


               Insanların son durumu, onların bu dünyadan köçməsi və yeni
               yaradılışın aşkar olması ilə qabaqlanıb. Matta öz incilində yeni
               dünyadan  danışır.1  İbranilərə  olan  yazıda  gəlib  ki,  büdrəyən

               varlıqlar  aradan  gedəcək  amma  kökü  və  əsası  möhkəm
               varlıqlar, həmişəyaşar olacaqlar.2 Piter deyir: “tanrının verdiyi
               sözə  əsasən  ədalətin  sakin  olacağı  yeni  göylərin  və  yerin

               intizarındayıq.”3  Yəhuda  deyir:  “və  gördüm  bir  yeni  göy  və






                                                                            . Matta 19: 28. 1
                                                                         . İbranilərə 12: 27. 2
                                                                            . 2 Piter 3: 13. 3
   227   228   229   230   231   232   233   234   235   236   237