Page 144 - Islamic Studies 05
P. 144
143) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Deməli, bir nəfərin etdiyi günaha görə Allah-təala bütöv
bir tayfanı təqsirkar bilib onların hamısını zalım adlandıraraq
buyurur:
“........Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq
dişi dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub
kəsdilər)....” («İsra»- 59).
Dəvəni bir nəfərin öldürməsinə baxmayaraq, onun
əməlindən razı qaldıqlarına görə başqaları da Allahın əzabına
düçar oldular. “Qurani-Kərim”də buyurulur:
“Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki,
Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki,
Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!”
(«Hud» - 68).
Beləliklə, Allahın buyurduğu kimi, onların kökü kəsildi:
“Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun
aləmlərin Rəbbi Allaha!” («Ənam» - 45).
• Rəvayətlərdə bu hadisə necə təsvir
edilmişdir
Hədislərdə bu mühüm məsələyə çox diqqət yetirilmişdir.
Onlardan bir neçəsini nümunə olaraq burada qeyd edirik.
Əmirəlmöminin Əli(ə) xütbələrinin birində Saleh
peyğəmbərlə Səmud tayfası arasında baş vermiş əhvalata
toxunaraq buyurur:
“Camaat, adamlar arasında birlik yaradan (əqidə və
məqsəddə insanları birləşdirən) razılıq və narazılıqdır. Saleh
peyğəmbərin(ə) dəvəsini təkcə bir nəfər öldürmüşdü, amma bu
əməlin cəzası bütün tayfaya şamil oldu, çünki qohumları da bu
işin həyata keçməsinə razılıq vermişdilər. Allah-təala buyurur:
“Onu öldürdülər, lakin bəla nazil olandan sonra
peşman oldular”.