Page 145 - Islamic Studies 05
P. 145
Dində ixlas (144
Onların şəhəri yumşaq yerə hopan ərimiş dəmir kimi bir
dəfəyə guruldayıb yerə çökdü. Bununla da öz xilaf əməllərinin
cəzasını çəkdilər.” («Nəhcül-bəlağə», Feyzül İslam, xütbə -
192).
Başqa bir hədisdə Əbdüssəlam ibn Saleh Hərəvi adlı bir
nəfər səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə soruşdu:
- İmam Sadiq(ə)-in buyurduğu “Həzrəti-Qaim Mehdi
Sahibəzzəman (əccələllahu təala fərcəhuş-şərif) zühur edəndə
İmam Hüseyn(ə)-nin qatillərinin övladlarını atalarının bu
cinayətinə görə öldürəcəkdir.” - hədisi barədə siz nə deyə
bilərsiniz?
Həzrət buyurdu:
- Bu, elə belə də olacaqdır.
Soruşdum:
- Belə isə bəs “Qurani-Kərim”də buyurulduğu «Heç bir
günahkar başqasının günahını daşımaz» - ayəsinin mənası
nədir?
Buyurdu:
-Allahın buyurduğu kəlamların hamısı düzdür. Amma
İmam Hüseyn(ə)-nin qatillərinin övladları öz ata-babalarının
cinayətindən razı qalıb onunla fəxr etdiklərinə görə günahda
onlarla şərikdirlər, çünki başqasının əməli ilə razı olan şəxs
həmin əməli yerinə yetirən insan kimidir. Məğribdə yaşayan
biri məşriqdə günahsız yerə öldürülmüş şəxsin qətlinə razılıq
verərsə, Allah dərgahında bu cinayətdə qatillə birgə o da
şərikdir. Həzrəti-Mehdi Sahibəzzəman(ə.c.f.ş) da İmam
Hüseyn(ə)-in qatillərinin övladlarını öz əcdadlarının cinayəti
ilə razı olduqlarına görə məhv edəcək.1
Başqa bir hədisdə Peyğəmbər(s) buyurur:
« Vəsailüş - şiə » XI - s / c 409; 1
«Təfsiri Bürhan» I c/ səh-568;
«Üyuni-əxbari-Riza» Nəcəf çapı: I c / səh-212.