Page 146 - Islamic Studies 05
P. 146
145) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
“Başqalarının işi ilə razı olan şəxs əməldə onlarla
şərikdir.”1
“Hər hansı bir hadisənin şahidi olan, lakin ona nifrət
bəsləyən orada iştirak etməyən şəxs kimidir, yaxud əksinə, hər
hansı bir əməliyyatda olmayıb lakin qəlbən o işə öz razılığını
bildirən insan orada iştirak edənlərdən hesab edilər.”2
Həzrəti-Əli(ə) bir hədisdə buyurur:
“Hər hansı bir dəstənin gördüyü işlə (günahla) razı olan
şəxs o işdə şərik kimidir. İcraçı ikiqat günaha batır (niyyət və
əməlinə görə), rizayəti olan isə (niyyətinə görə) bir günaha
batır.”3
Bir suala cavab
Əvvəlki bəhslərdə gözəllik, qəbihlik, savab və əzabın
meyarının niyyət olduğundan danışdıq. Birinin qəlbən
başqalarının əməlilə razılaşması onu savab və əzabda onlarla
şərik edir. Belə isə bu, yuxarıda qeyd etdiyimiz məsələ
(niyyətin əmələ çevrilməzsə, bağışlanması) ilə zidd olmurmu?
İslam alimləri bu suala bir neçə şəkildə cavab vermişlər:
a) Təcərri (günah etmək qəsdi) iki cürdür: birinci, əməli
yerinə yetirməmiş peşman olub daxili çarpışma nəticəsində öz
ixtiyarı ilə günahdan çəkinmə; ikincisi isə, müəyyən həddə
qədər gəlib xarici amillərin təsiri ilə günahdan çəkinmə.
Birinci halda (günahın niyyəti) günahkar bağışlanır, çünki
peşmançılıq onun ruhunun və təbiətinin paklığına dəlildir.
Belə bir şəxs bağışlanmağa layiqdir. Amma ikincidə
bağışlanmır. Belə şəxs üsyankar ruha malik olduğuna və
« Səfinətül - bihar » / c II səh - 629. 1
« Vəsailüş - şi ə » XI / c səh - 409; 2
«Təfsiri-Qürtəbi» IV c/ səh-294.
«Ali-İmran» 183-ün təfsiri.
« Vəsailüş - şiə » XI / c səh - 411. 3