Page 147 - Islamic Studies 05
P. 147
Dində ixlas (146
Allahına qarşı təqvasızlığından günaha yaxınlaşdığına görə
tənqidə və cəzaya layiqdir. O öz-özünə günahdan çəkinməmiş,
əksinə, xarici maneələr onu günah etməkdən çəkindirmişdir.
b) Təcərri bəzən günahı fikirləşib etməmək və bəzən də
təşəbbüs göstərməklə bitir. Birinci cəhd insanın əməllər
kitabçasında günah kimi qeyd olunmur. İkinci isə haramdır və
bu əməlin sahibi cəzalandırılmalıdır, ona görə ki niyyət
təşəbbüslə yanaşı olarsa, (Allah qarşısında) üsyankarlıq,
dikbaşlıq və təqvasızlığa dəlildir. Birinci halda Allah
qarşısında dikbaşlıq və üsyankarlığa dəlil olan heç bir təşəbbüs
yoxdur.
v) Müəllifin nəzərincə, təcərrini (günahı fikirləşmək)
başqa cür də təsnif etmək olar. Niyyət iki formada ola bilər:
ötəri və sabit niyyət (dəyişilməz niyyət).
Nəfsani qüvvələrin coşub-daşması ilə insan nəfsində
yaranan və heç bir əxlaqi, etiqadi kökü olmayan niyyətə ötəri
niyyət deyilir. Bu cür niyyətlər xatirə, arzu, ani həvəsin
nəticəsində meydana gəlib, tez də ötüb keçir, öz yerini isə
yaxşı və müsbət düşüncələrə verir. Məsələn, Ramazan ayında
biri ləzətli xörək gördükdə orucunu pozub iftar etmək istəyir,
lakin bilavasitə bu fikirdən dönür.
İnsanın ruhi dərinliklərindən axıb gələn, onun etiqad,
xasiyyət və xarakterindən irəli gələn niyyətə sabit niyyət
(dəyişilməz niyyət) deyilir.Bu növ niyyət insanın həqiqi
simasını üzə çıxarır. “Qurani-Kərim”də «şakilə» (xislət)
adlandırılaraq buyurulur:
«De: «Hərə öz xislətinə1 görə iş görər...» («İsra»-84).
Ötəri niyyət nəfsani qüvvələrin ani reaksiyası olub
təqvasızlıq və gizli, xəbis fikir olmadığından bağışlanmağa
layiqdir. Bəlkə də hədislərdə «bağışlanmaq» dedikdə elə bu
niyyət nəzərdə tutulur. Həmin mətləb İmam Sadiq (ə)-in
İmam Sadiq - ) ə ( dən belə nəql olunur ki , « şakil » ə dən ( xislətdən ) məqsəd niyyətdir . 1