Page 20 - Islamic Studies 05
P. 20
19) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar
1
edər.
Ayələrə diqqət etsək, görərik ki, Allah bu ayələrdə Allahı
tanımağın daxili və həqiqi bir hiss olduğunu bildirir. Allah
insanlara başa salır ki, Allahı tanıyıb, ona inanmaq, insanların
daxilində var və bu hiss heç vaxt onların fitrətindən
silinməyəcək.
Bəzi ayələrdə isə Allah varlıq aləmindəki nişanələrindən
danışır və bu nişanələri xatırlatmaqla, insanların fitrətlərini
oyatmağa çalışır. Yəni Allah bu ayələrdə öz varlığına dəlil və
sübut olan ayələri gətirməklə, insanların Allaha olan daxili və
fitri inanclarını diriltmək istəyir.
Aşağıda həmin mənada olan bəzi ayələri gətiririk.
Beləcə, yəqinliklə iman gətirənlərdən olması üçün İbrahimə
göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik.
2
Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun
deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə
(üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də
onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!)
Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin
3
doğruluğuna) kifayət deyilmi?!
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət
və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
Loğman, 32. 1
Ənam, 75. 2
Fussilət, 53. 3