Page 19 - Islamic Studies 05
P. 19
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (18
məntiq, metodu isə istidlaldır (əsaslandırma); Arifin mənbəyi –
qəlb, metodları – daxili mübarizə, hərəkət və paklaşmadır.
Irfan barədə ətraflı məlumat əldə etdikdən sonra, yaxşı olardı
ki, mövzuya aid bəzi ayələr ilə də tanış olaq.
Bildiyimiz kimi Allahı tanımaq fitri bir hissdir. Yəni Allah
hər bir insanı yaratdığı zaman, Allahı tanımaq və onun
varlığına inanmaq hissini də onun daxilində yaradıb. İnsanlar
etdikləri çox sayda günahlar nəticəsində, həmin daxili hissin
üstünü günahın toz-torpağı ilə bağlayır və nəticədə Allah
barədə düşünməyə heç fürsətləri belə qalmır.
Həmin insanlar müxtəlif çətinliklər ilə qarşılaşanda, günahlar
nəticəsində yığılmış toz-torpaqlar bir anlıq da olsa aradan
gedir və onlar Allahı xatırlamağa başlayırlar.
Bunu sübut edən çox sayda ayələr var. Aşağıda nümunə
olaraq həmin manada olan ayələrdən bəzisini gətiririk.
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə
(İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç
bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu
1
bunu bilmir.
Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus
edərək Ona dua edərlər. Ancaq Allah onları xilas edib quruya
2
çıxartdıqdan sonra yenə Allaha şərik qoşarlar.
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini
Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları
quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq
Rum, 30. 1
Ənkəbut, 65. 2