Page 21 - Islamic Studies 05
P. 21
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (20
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər
1
vardır. Məgər görmürsünüz?
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə
gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün
mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan
yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən
diriltməsində, cins-cins heyvanları onun hər tərəfə
yaymasında, göylə yer arasında ram edilmiş küləyin və
buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın
2
hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram
olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah
saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir).
Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
3
Bəzi ayələrdə isə, Allah insanlara çox yaxın olduğunu bildirir
və bununla, irfanın, yəni Allahı tanımağın fərqli və daha dərin
mənasına işarə edir. Belə ki, bəzən Quran ayələrində Allahın
insana, onun şah damarından da yaxın olduğu bildirilir. Bu və
bu kimi ayələr, Allahı tanımağın fərqli yolları, eləcə də Allahı
tanımağın dərəcələrinə işarə edir.
Diqqət etsək, aşağıdakı ayələrdə həmin mənalara rast gələ
bilərik.
Zəriyət, 20 - 21 . 1
Bəqərə, 164. 2
3 Nəhl, 79.