Page 22 - Islamic Studies 05
P. 22
21) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz
tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə)
1
genişdir, (O, hər şeyi) biləndir!
Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi
görəndir!
2
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə
etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!
(İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli
3
hisslər, duyğular belə Allaha məlumdur!)
Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir
şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun
Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla
onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar;
Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı
da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm
ediləcəksiniz!
4
Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs,
5
qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.
Bu və bu kimi ayələri hər bir insan başa düşüb, haqqında
fikirləşə bilər. Yəni Allahı tanımaq barədə nazil olan ayələri,
vəzifəsindən, inancından, xasiyyətindən,dünya görüşündən və
hətta savadının çox və ya az olmasından asılı olmayaraq, hər
bir insan oxuyub, başa düşə bilər.
Quranda hüquqi ayələr
Bəqərə, 115. 1
Hədid, 4. 2
Qaf, 16. 3
Ə nfal, 24. 4
Cümə, 1. 5