Page 24 - Islamic Studies 05
P. 24
23) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
şəxslərlə əlaqələrini özündə əks etdirən sosial həyatı, o
cümlədən, dövlətdaxili əlaqələrini özündə ehtiva edən hüquqi
həyat da daxildir. Ərəbcə s-l-m kökündən törəmiş olan islam
sözünün lüğəti mənası boyun əymək, təslim, barış deməkdir.
İslam, insanın Allah, digər insanlar və varlıqlarla əlaqələrini
nizamlayan və həyatını istiqamətləndirən, onlarla bağlı
davranışlarına əsas olacaq qaydalar məcmusudur. Ərəbcə haqq
sözünün cəmini ifadə edən hüququn lüğəvi mənası haqlar
deməkdir. İctimai tənzimləmə metodlarından biri olan hüquq-
fərdlər arasında ədalət, bərabərlik və azadlıqları təmin edən,
fərdlərin bir-biri ilə və cəmiyyətlə əlaqələrini nizamlayan və
dövlətin məcburetmə qüvvəsi ilə təmin olunan davranış
qaydaları sistemidir. Diqqət etsək bir din olaraq islam ilə
hüquq arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Bu
bənzərlik onların hər ikisinin də şəxsiyyət və cəmiyyətin
həyatını nizamlamasıdır. İslamda bununla yanaşı, fərdin
Allahla olan əlaqələrinin nizamlanması da öz əksini tapır.
İslam hüququ (fiqh) islam və hüquq sözlərinin birləşməsindən
əmələ gələn, islam tarixində fiqh olaraq tanınan elm sahəsidir.
Lüğəti mənası bilmək, anlamaq mənalarını ifadə edən fiqh
haqqında islam hüquqşünaslarının müxtəlif tərifləri
(düşüncələri) olmuşdur: - Fiqh, mükəlləfiyyət daşıyan
şəxslərin hərəkətləri ilə əlaqəli olan sabit hökmləri bilməkdir; -
Fiqh, müctəhidlərin praktiki məsələlərin həlli üçün dəlilləri
incələyib, onlardan çıxardıqları hökmlərdir; - Bir sözlə fiqh,
islami bir tam təşkil etməklə dini hökmləri məqsədinə uyğun
şəkildə qavramaq və onu zamanın şərtlərinə uyğun (formada)
və ehtiyacları qarşılaya biləcək bir formada insanların başa
düşə biləcəkləri bir dillə, həm bu dünyada, həm də axirətdə
xoşbəxtliklərini təmin etmək üçün praktiki tətbiqetmə
qabiliyyətidir. Fiqh elminin bir neçə özünəməxsus xüsusiyyəti
var: 1. Fiqh hüquq elmidir. Mücərrəd qanunlardan ibarət