Page 23 - Islamic Studies 05
P. 23

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (22

                 İslam  hüququ  İslam  dininin  ayrılmaz  tərkib  hissəsidir.
               Tədqiqatçıların demək  olar  ki, hamısı  İslam  hüququnu  İslam
               dininin  əsas  tərəflərindən  biri  kimi  xarakterizə  edirlər.
               Tədqiqatçıların  fikrincə,  İslam  dininin  özü,  həm  də  hüquqi
               təbiətə,  Qurandakı  normaların  bir  çoxu  isə  hüquqi  məzmuna
               malikdir. L.R.Syukiyaynen yazır ki, İslam hüququnun tədqiqi
               ilə məşğul olan alimlər, adətən onun bir-birini şərtləndirən iki

               xarakterik  xüsusiyyətinə  –  dini  mənşəyə  («ilahi  təbiətə»)  və
               hüquqi  müddəaların  müsəlman  doqmatikası  (ilahiyyat),
               mənəvi  normalar,  ibadət  qaydaları,  bütövlükdə  İslam
               normaları ilə yaxın (bəzilərinin fikrincə isə qırılmaz) əlaqəyə
                                                  1
               malik olmasına diqqət verirlər.

                 A.S.Boqolyubov  klassik  Roma  hüququnun  əksinə  olaraq,
               İslam  hüququnun  dinin  ayrılmaz  tərkib  hissəsi  olduğunu  və
               bütün müsəlmanlar üçün nəzərdə tutulan vahid hüquqi sistem
               kimi başa düşüldüyünü bildirir.
                                                   2
                 İslam  hüququnun  dinlə  qırılmaz  əlaqəsini,  həmçinin  İslam
               dininin normalarında hüquqiliyin güclü olmasını Qərb alimləri
               də xüsusi vurğulayırlar. Rene David və Kamilla Jofre-Spinozi
               yazırlar  ki,  «yəhudi  dini  kimi  İslam  da  mahiyyətcə  qanun
               dinidir.  Berqştrasserin  təbirincə,  müsəlman  hüququ  «əsl
               müsəlman  ruhunun  kvintessensiyasi  (cövhəri  –  İ.Q.,  İ.M.),
               müsəlman  ideologiyasının  ən  aydın  ifadəsi,  İslamın  başlıca
               həlqəsidir».     3 İslam  hüququ  (fiqh)  müsəlman  şəxsin
               doğumundan  ölümünə  qədər  həyat  fəaliyyətini  tənzimləyən
               davranış  və  hərəkətlərin  sərhədlərini  müəyyən  edən  hüquqi
               sistemdir. Bu sistemə şəxsin həm ibadət həyatı, həm də digər


                                            Сюкияйнен Л.Р.Мусу льманское право.  М., 1986. с. 7 . 1
                       А.С.Боголюбов. Перес ечение и наказание в мусульманском праве /Ислам.  2
                                                                       Религия. Общество.
                          Давид Рене, Жоффре - Спинози Камилла. Основные правовые системы  3
                                                             современности. М., 1998. с. 309.
   18   19   20   21   22   23   24   25   26   27   28