Page 228 - Islamic Studies 05
P. 228
227) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
İnsan firavan həyat, var-dövlət üçün çalışmalıdırmı? İndi
bütün ölkələrdə cəmiyyəti iqtisadi böhrandan çıxarmaq üçün
iqtisadi inkişaf proqramları hazırlanır. İslam iqtisadi inkişaf
proqramını qəbul edirmi? İnsanlar vaxtının daha çoxunu işə
sərf edib nəticədə varlı olmalı, yoxsa sadə qidalarla keçinib
ibadətə üstünlük verməlidirlər? Bu mövzu konfranslarda,
seminarlarda çox araşdırılır. Hətta İslamı bir neçə əsr geridə
görməyi öyrənənlər dini iqtisadi inkişafla üz-üzə qoydular.
Onlar öz məntiqsiz fikirlərinə əsaslanaraq haray çəkirdilər ki,
iqtisadi inkişaf gəlsə din əldən çıxacaq.
Bəs həqiqət necədir? Doğrudanmı insanlara səadət yolunu
göstərən bir din onları kasıbçılığa çağırır? Doğrudanmı varlı
adam pis adamdır? Əgər İslam var-dövlətə belə münasibət
göstərirsə nə üçün Allahın peyğəmbəri Süleyman (ə) Ondan
var-dövlət istəyir? «Pərvərdigara, məni bağışla və mənə
kimsənin nail ola bilməyəcəyi mülk ver» («Sad» surəsi, ayə
35.). Süleymanın büllur saraylarını XXI-ci əsrin hansı tikilisi
ilə müqayisə etmək olar. Bu saraya daxil olan Bəlqis
islanmasın deyə, ətəklərini qaldırır. Ona belə deyilir: «Bu
büllurdan tikilmiş bir saraydır»(«Nəml» surəsi, ayə 44.).
Həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) haqqında
məlumat verilir ki, bu ilahi şəxsiyyətlər ildə onlarla qul azad
edərmişlər. Belə bir böyük iş üçün hər insanda imkan olmayıb.
İmam Hüseyn (ə) bir neçə dəfə bütün var-dövlətini kasıblara
paylamış, fəqirlərə çatan qədər özünə də pay götürmüşdü.
İmamların sadə geyib, sadə yaşayıb, sadə yeməsi o demək
deyil ki, imamlar kasıb olub.