Page 229 - Islamic Studies 05
P. 229
Bədgümanlıq və onun növləri (228
Demək, İslam müsəlmanların varlı olmasını bəyənir.
Müsəlmanı zəlil, ac, savadsız, ev-eşiksiz görmək İslamın yox,
İslam düşmənlərinin istəyidir. İşləmək, qazanmaq, Allah
yolunda xərcləmək olduqca böyük savaba malikdir. Amma
dünyaya könül verib, dünya sərvətinə çatmaq üçün bütün
müqəddəslikləri ayaq altına almaq, Allahı yaddan çıxarmaq ən
böyük bədbəxtçilikdir.
İctimai və iqtisadi nəzəriyyələrdən birinə görə bu gün qərbdə
sənayenin inkişaf səbəbi dindar məsihilərin uzun müddət
qənaət edərək sərmayə, kapital toplaması olub. Marks isə
kapitalizmin yaranma səbəblərindən biri kimi məsihiliyin üç
qolundan biri olan protestantlığı göstərir.
Əsas məsələ budur ki, insan dünyaya könül verməsin.
Mümkündür ki, Allah rizasına görə ağa öz sürüsündən keçə,
çoban isə çomağından keçməyə. Demək, qorxu varlı olmaq
yox, bu vara bağlı olmaqdır. Qənaət böyük savaba məxsus
xüsusiyyətlərdəndir. Heç nəyi olmayan insanın qənaət etməyə
imkanı varmı?
Demək, iqtisadi inkişaf möminlik ruhuna zidd deyil. Pul
məqsədə çatmaq üçün vasitədir. Amma pulu əlinə almaqdan
ləzzət duyanlar onu xərcləmək yox, toplamaq barədə
düşünürlər. Qəpik-qəpik yığdığı pulları xəzinələrdə dondurub
Allahın hüzuruna əliboş gedən milyonçular çoxdur!
Xəzinələrdə milyardlar yığılmışkən bir qarın çörəyə möhtac
milyonlar çoxdur! Xoş o insanın halına ki, ibadətdən
ayrılmadan zəhmət çəkib var-dövlət qazanır və bu var-
dövlətdən ehtiyaclılara verdiyi qədər istifadə edir.
Ayə və hədislərdə, adətən, dünyaya bağlılıq məzəmmət olunur.
Əlbəttə ki, söhbət ifrat və təfrit bağlılıqdan gedir.