Page 230 - Islamic Studies 05
P. 230
229) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Əvvəla təyin etməliyik ki, dünya nemətlərinin faydalı bir həddi
varmı? Doğrudanmı ləzzətli xörəklər, gözəl geyimlər, xoş
ətirlər zərərlidir? Bəziləri qəti şəkildə bildirir ki, bütün bunlar
zərərlidir və onlardan istifadə edən insan mütləq cəhənnəmə
gedəcəkdir. Bu olduqca yanlış fikirdir. Bəzi şəraitdə məsumlar
dünyanı zəhərli ilana oxşadırlarsa, digər bir şərait barədə
Quran buyurur: «Bu gün pak nemətlər sizə halal
edilmişdir»(«Maidə» surəsi, ayə 5.), «Allahın öz bəndələri
üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram
1
buyurmuşdur». «Biz səmada bürclər yaratdıq, onları baxanlar
2
üçün bəzədik».
Adətən, kənddə yaşayıb heyvandarlıqla məşğul olanlar üçün
öz sağlam, çox saylı sürüsünü müşahidə etməkdən ləzzətli iş
yoxdur. Allah-təala buyurur: «Onları səhər naxıra, axşam
axura gətirdikdə baxıb zövq alır, fərəhlənirsiniz» («Nəhl»
surəsi, ayə 6.). Allah-təala hər şərait üçün xüsusi nemətlər
yaradaraq dünya həyatını zinətləndirmişdir. İnsan bütün halal
nemətlərdən istifadə etməli, şəxsi görünüşünə də fikir
verməlidir: «Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl
libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah
israf edənləri sevməz» («Ə᾽raf» surəsi, ayə 31.).
İkinci mühüm məsələ insanın bu nemətlərə qəlbən bağlı
olmasıdır. Hər hansı bir nemətə qəlbən bağlanmaq üçün insan
çox qüdrətli olmalıdır. Ayə və rəvayətlər dünyanı yox, məhz
dünyaya bağlılığı pisləyir. Dünya yox, dünyaya məşğul olub
Allahı unutmaq pisdir.
1 - Əraf, ayə 32
2 - Hicr, ayə 16