Page 25 - Islamic Studies 05
P. 25

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (24

               deyildir.  2.  İslamı  qanunları  savab  və  günahla  tənzimləyir.
               Məsələn; günahkar cəzasını çəkir, eyni zamanda tövbə edərək
               özünü  cəhənnəm  əzabından  xilas  etmiş  olur.  Yaxşılıq  edən
               şəxslər  də  həm  cəmiyyət  üçün  yararlıdır,  həm  də  savab
               qazanır.  3.  İslam  hüququ  idarə  etdiyi  cəmiyyəti  və  insanları
               dəyişdirir.  İnandırma  və  məcburetmə  yolu  ilə  ilahi  qüvvənin
               hesabına yeni bir hüquqi cəmiyyət formalaşdırır. 4. Fiqh sabit

               qanunlarla yanaşı, adət-ənənələrin dövrə uyğunlaşdırılması və
               səmərəli şəkildə tətbiqinə imkan verir. 5. İslam alimlərinə görə
               dəlillər, əqli və nəqli olaraq iki qrupa bölünür. Buna görə də
               islamiyyət  ağıla  ən  yüksək  dəyər  verib.  Yetər  ki,  ağıl  tam
               olaraq təcəlli etsin və lazım gələndə öz sərhədlərini özü təyin
               etməyi bacarsın. Ağıl, islamın ona sərbəstlik verdiyi yerlərdə
               istədiyi  kimi  hərəkət  edə  bilər.  Məhdudiyyətlərin  qoyulduğu
               yerlərdə  də  heç  hərəkət  etməz.  Bu  vizanı  ona  islam  verir.
               Məhz  fiqh,  ağlın,  nəsillərdən  (dini  hökmlər)  əldə  etdiyi
               əmrlərdən meydana gələn müqəddəs ölçü çərçivəsidir. Bütün
               bu xüsusiyyətlərə əsaslanaraq islam hüququ haqqında belə bir
               fikir söyləmək olar.

                 İslam  hüququ,  hər  şeydən  əvvəl  ilahi  qaynaqlı,  tamamilə
               özünəməxsus,  öz-özünü  idarə  edə  biləcək,  çox  incə  və  dərin
               bir sistemə sahib, ahəngli bir tamlıq təşkil edən, tarixi yöndən
               əhəmiyyətli  bir  hüquq  sistemidir.  Bəzi  alimlər  (Şərq
               mədəniyyətini araşdıran qərb alimləri) islam hüququnun Roma
               hüququndan  alınma  olduğunu,  orijinal  bir  hüquqi  dəyər
               daşımadığını  irəli  sürmüş,  bu  iddiaya  dəlil  olaraq  da
               Hz.Peyğəmbərin  Suriyaya  səfərini,  bu  bölgələrdə  Roma
               hüququnun       mövcudiyyətini,       ilk    müctəhidlərin      Roma
               hüququnun  qüvvədə  olduğu  yerlərdə  yaşadıqları  üçün  hüquq
               sistemlərində  bəzi  oxşarlıqların  da  olduğunu  qeyd  edirlər.
               Bununla  yanaşı,  mütəfəkkirlərin  bir  qismi  ilə  islam
   20   21   22   23   24   25   26   27   28   29   30