Page 26 - Islamic Studies 05
P. 26

25) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               hüquqşünasları  bu  iddiaları  konkret  dəlillərlə  rədd  etmiş  və
               əksini  isbat  edirlər.  Hz.Peyğəmbərin  uşaqlıq  və  gənclik
               illərində  Suriya  tərəflərinə  etdiyi  qısamüddətli  səyahətin,
               gələcəkdə  yaradacağı  hüquq  sisteminin  əsaslarını  öyrənməyə
               kifayət  etməməsi  açıq-aşkardır,  qaldı  ki,  o  hələ  oxumağı  və
               yazmağı  belə  bilmirdi.  İslam  hüququnu  tədvin  (yazıya
               köçürmək)  edən  müctəhidlərin  çoxu  Roma  hüququnun  tətbiq

               edilmədiyi  bölgələrdə  yaşayıblar.  İslamın  fəth  edildiyi  və
               yayıldığı  torpaqlarda  yaşayan  qeyri-müsəlmanlara  hüquqi
               muxtariyyət verildiyini, həmçinin, öz qanunları ilə məhkəmədə
               mühakimə  etmək  və  müdafiə  olunmaq  hüququ  verilməsi
               hamıya məlumdur. Bu vəziyyət fərqliliklərin və qarşılıqlı təsiri
               aradan  qaldırmaqdan  başqa  heç  bir  nəticə  verməz.  İslamın
               müəyyən  etdiyi  ümumi  hökmlərə,  qayda  və  prinsiplərə  zidd
               olmamaq şərti ilə məhəlli adət və ənənələrin mənimsənilməsi
               yolu  ilə  təsir  etmə  müzakirə  obyekti  olarsa  da,  bu  nə  Roma
               hüququna  məxsus  deyil,  nə  də  islam  hüququnun  orijinallıq
               vəsfinə xələl gətirməz. Hüquqlar arasındakı bəzi bənzərliklərə
               gəlincə  isə,  hüquq  toplumdakı  münasibətlərin  bir  qismini
               nizamladığına, toplumların bəzi təməl ehtiyaclarının bir-birinə
               bənzər olduğuna görə, bu sinonimliyin də məhz bundan irəli
               gəldiyini  söyləmək  olar.  Dünyada  var  olan  bütün  hüquq
               sistemləri  arasında  bəzi  oxşarlıqlar  tapmaq  mümkündür.
               Sistemləri  bir-birindən  ayıran  və  orjinallaşdıran  xüsusiyyət,
               orada heç bir bənzərliyin olmamasında deyil, hüququn istinad
               etdiyi, söykəndiyi fəlsəfə və prinsiplərdədir. Bununla əlaqədar
               olaraq  islam  hüququnun  bəzi  spesifik  xüsusiyyətlərini
               aşağıdakı müddəalarla göstərə bilərik: a) İslam hüququ Quran
               və  Sünnəyə,  bunlar  da  ilahi  vəhylərə  əsaslanır.  Bunlardan
               əlavə  mənbələr  (icma,  qiyas,  adət-ənənə  və  s.)  də  Quran  və
               Sünnə  çərçivəsindən  kənara  çıxmır,  yəni,  onlara  zidd  deyil.
               Belə  olduğu  halda  islam  hüququnun  mənbələri  Allah
   21   22   23   24   25   26   27   28   29   30   31