Page 29 - Islamic Studies 05
P. 29
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (28
Çünki, Peyğəmbərin hər hansı bir sünnəsi ilahi iradəyə zidd
olarsa, Peyğəmbərə vəhylə xəbərdarlıq edilir, belə ki,
Peyğəmbərin söz və hərəkətləri bu iradəyə uyğunlaşdırılır.
Ona görə də, islam alimləri Qurani-Kərimi «vəhyi-matluv»
(sözləri və mənası Allaha aid olan vəhy), Sünnəni isə «vəhyi-
qeyri matluv» (mənası Allaha, sözləri Peyğəmbərə aid olan
vəhy) adlandırırlar. İslam hüququnun bu xüsusiyyəti onu digər
hüquq sistemlərindən fərqləndirir. Ancaq islam hüququnun bu
xüsusiyyəti bütün hökmlərin ilahi mənşəli olduğu və heç bir
bəşəri xarakter daşıyan izah və əlavələrin olmadığı mənasına
da gəlmir. Halbuki, islam hüququnun təşəkkülündə kifayət
qədər bəşəri müddəalar öz əksini tapır. Baxmayaraq ki, Quran
və Sünnədə təməl əsaslar müəyyən olunub, bunların dəqiq
hökm və normalar halına gətirilməsi və sistemləşdirilməsi
hüquqşünaslar tərəfindən həyata keçirilmişdir. Quran və
Sünnədən başqa digər mənbələr bəşəri qaynaqlardır. Lakin,
hüquqşünasların bu qaynaqlardan istifadə etdiyi zaman
qarşılarına qoyduqları əsas qayə Quran və Sünnə ilə müəyyən
edilmiş ilahi mesajı izah etmək və ona uyğun normalar
yaratmaqdır. İslam hüququnun dini mənşəli olduğu zənn edilsə
də, bu heç də onun hökmlərinin müqəddəs məna daşıdığı və
dəyişilməz olduğu mənasına gəlmir. Halbuki, Quran və Sünnə
xaricində digər qaynaqlardan alınan əsasların və müctəhid
hüquqşünasların nəzəriyyələri müqəddəs sayılmır, zamanın
tələbinə uyğun olaraq dəyişikliyə məruz qala bilər. Bu
konsepsiyadan yanaşaraq islam hüququ kanonik hüquq deyil
və Qərb ədəbiyyatlarında göstərildiyi kimi teokratik xarakter
daşımır. Digər tərəfdən islam hüququnun dini mənşəli olması,
hökmlərinin həm dini, həm də hüquqi əsaslara bağlanması ilə
nəticələnmişdir. Başqa bir ifadə ilə desək, bu hüququn bir
əsasının yerinə yetirilməsindən ikili bir hüquqpozma meydana
çıxır, belə ki, şəxs iki fərqli xəta işləmiş olur. Məsələn, zina