Page 27 - Islamic Studies 05
P. 27
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (26
iradəsidir. Adət-ənənə və ictihad kimi bəşəri hüquq qaydaları
və hökmlər ya bu ilahi iradənin işığında formalaşır, yaxud da
ona uyğunluq təşkil etməklə hüquqilik qazanır. 7 b) İslam
hüququnda din, ibadət, əxlaq və hüquq bir-birini tamamlayan
cəhətlərdir. Müsəlman hüquqauyğun hərəkət edərkən yalnızca
cəza, təzminat, məhrumiyyət kimi maddi və dünyəvi
motivlərin təsirindən deyil, itaət və riayət etdiyi hüquq
qaydalarının Allah iradəsini təmsil etdiyinə inanmaqla, bu
səbəblə də ibadət həzzi, savab və ədəbi səadət təmənnası ilə
ömrünü sürür. c) İslam hüququnda həqiqi mənada qanunu
qoyan Allahdır. İslam alimlərinin vəzifələri isə, onun açıq
iradəsini təsbit etmək, izaha ehtiyacı olan maddələrin şərhini
vermək, elmin, texnologiyanın və sosial həyatın inkişafı ilə
əlaqədar qanunda yaranan boşluqları doldurmaqdan ibarətdir.
Alimlərin (müctəhidlərin) bütün bu fəaliyyətləri nəticəsində
ortaya qoyduqları qanunlar həm özləri, həm də digər
müsəlmanlar üçün ümumməcburi xarakterə malikdir.
Müsəlmanların seçdiyi başçı və məclis üzvləri (şura heyəti) ya
müctəhidlərin etdiklərini edərək, yaxud da onların ictihadlarına
istinad edərək qanun topluları yarada bilərlər. d) Dünyəvi və
demokratik sistemlərdə hüquq xalqın iradəsinə tabedir, ədalət
prinsipi əsasında xalqın ehtiyaclarını qarşılamağı qarşısına
məqsəd qoyub. Pozitiv hüququn funksiyası budur. Bununla
yanaşı, ideal və təbii hüquq konsepsiyaları da mövcuddur.
Ancaq bu hüquq sahələrinin prinsipləri hüquq fəlsəfəsində
müttəfiqlik təşkil etmədiyi üçün prinsiplərin pozitiv hüquqa
yanaşmasına əngəl olur. İslam hüququnun hədəfi xalqın fərdi
və ictimai-hüquqi ehtiyaclarını qarşılamaqla yanaşı, onu Allah
tərəfindən əmr olunmuş haqq, hüquq və ədalət prinsipləri
əsasında tərbiyə etmək, bu rəhbər ideyaların toplumun
həyatında realizəsinə nail olmaqdır. Burada bir sual ortaya çıxa
bilər: Allah iradəsinin nə olduğunu Quran və Sünnədən