Page 28 - Islamic Studies 05
P. 28

27) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               öyrənirik,  bu  qaynaqların  tərkibi  dəyişmir  və  yenilənmir,
               insanlar  təkamül  qanununa  tabe  olaraq  dayanmadan  dəyişib
               inkişaf  edir,  yeni-yeni  hüquqi  situasiyalar  meydana  çıxır,  16
               əsr  əvvəl  mövcud  olan  mədəni,  ictimai  və  iqtisadi  şərtlərə
               uyğun  hüquq  qaydaları,  bütün  dövrlər  daxilində  insanların
               ehtiyaclarını nə cür qarşılayır? Yerində və haqlı olaraq verilən
               bu sualın cavabını iki bəndlə izah edək: 1. Quran və Sünnədə

               ifadə edilən hüquq qaydalarının və hökmlərin həm sayı azdır,
               həm də geniş olmaqla ümumi əsaslar haqqındadır: miras, ailə,
               halal-haram kimi mövzularda hökmlər ayrıntılı-ətraflı şəkildə
               müəyyən olunmuşdur. Dövlətin forması, müqavilə, mülkiyyət
               və sair ictimai münasibətlərin həlli ilə bağlı seçim, məşvərət,
               qarşılıqlı  razılıq  kimi  müxtəlif  üsullar  müəyyən  olunmuşdur.
               Bunun  əsasında  yeni  qaydaların  qəbul  olunmasına  icazə
               verilmişdir. 2. Sabit hökmlər qarşısında həm ayrı-ayrı fərdlər,
               həm  də  ümumiyyətlə  xalq  (müsəlmanlar)  çıxılmaz  vəziyyətə
               düşəndə, onlara riayət etmək mümkün olmadıqda — bu yalnız
               müəyyən  zaman  çərçivəsində,  yəni  müvəqqəti  ola  bilər,  bu
               təqdirdə «qadağalar, məcburiyyətlər ortadan qaldırılır» prinsipi
               əsas  götürülür.  Bir  sözlə  həyat  necə  tələb  edirsə  elə  hərəkət
               etmək  imkanı  verilmişdir.  İslam  hüququnu  digər  hüquq
               sistemlərindən  fərqləndirən  xüsusiyyətləri  aşağıdakı  kimi
               qruplaşdıra bilərik. I. Dini mənşəlidir. İslam hüququnun ilk və
               son  vacib  xüsusiyyəti  dini  məşəli  olması,  yəni,  təməl
               müddəalarının  Allah  və  Peyğəmbər  tərəfindən  müəyyən
               edilməsidir. Hamıya məlum olduğu kimi, hüquq sisteminin ilk
               qaynağı  Quran,  ikinci  mənbə  isə  Sünnədir.  Bu  iki  mənbədə
               açıq-aydın  bir  hökm  varsa,  hüquqşünasın  bu  hökmü
               dəyişdirmək  və  ya  ortadan  qaldırmaq  kimi  cəhdləri  boşa
               çıxacaq.  Bu  iki  mənbələrdən  ikincisi,  yəni,  Sünnə
               Peyğəmbərin  söz  və  davranışlarından  ibarət  olsa  da,  sözün
               həqiqi  mənasında  o  da  ilahi  iradəni  özündə  təcəlli  etdirir.
   23   24   25   26   27   28   29   30   31   32   33