Page 31 - Islamic Studies 05
P. 31

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (30

               Məmunun        Xalqül-Quran        (Quranın      xəlqi)    məsələsinə
               müdaxiləsinin islam alimlərinin ciddi etirazları buna sübutdur.


                 Bütün  bunların  nəticəsi  olaraq  təşəkkül  dövrü  sayılan  I-IV
               əsrlərdə  islam  hüququ,  çoxu  dövlət  məmuru  belə  olmayan
               hüquqşünasların  ictihadları  ilə  inkişaf  etmiş  və  yenə  onların
               fəaliyyəti ilə tədyin edilmişdir. Ancaq bu o demək deyildir ki,
               bunun  heç  bir  mənfi  xüsusiyyəti  yoxdur.  Dövlətin  islam
               hüququnun  formalaşması  prosesində  iştirak  etməməsi  bəzi
               hüquqşünasların  nəzəri  problemlərlə  həddindən  artıq  məşğul
               olmaları  ilə  nəticələnmiş,  bununla  da,  praktiki  sahədə  islam
               hüququnun  normal  inkişafından  kənarda  qalan  problemlər
               ortaya  çıxmışdır.  İslam  hüququ  siyasi  və  tarixi-mədəni
               amillərin  təsiri  ilə  vaxtilə  mövcud  olmuş  bütöv  bir  hüquqi
               sistem, daha doğrusu bir-birinə çox yaxın olan müxtəlif hüquqi
               sistemlərdən  ibarət  özünəməxsus  hüquq  ailəsini  meydana
               gətirmiş,  dini-hüquqi  qaydalar  isə  həmin  sistem  daxilində
               hüququn  mənbəyi  kimi  çıxış  etmişdir.  İslam  hüququ  ailəsi
               İslam  dininin  dünyanın  üç  qitəsində  böyük  bir  əraziyə
               yayılaraq, şəriətə  söykənən  ayrı-ayrı  milli  hüquqi  sistemlərin
               formalaşdırması nəticəsində yaranmışdır.

                 III. Kazuistik metodla meydana gəlib və inkişaf etmişdir. Bir
               çox  hüquq  sistemində  olduğu  kimi  islam  hüququ  da
               başlanğıcda  ayrı-ayrı  problemlərin  (hüquqi)  həllinə  dair
               yaranan  hüquqi  mülahizələr,  izahlar  və  müzakirələr
               nəticəsində formalaşmışdı. Hz.Peyğəmbərdən etibarən olduqca
               uzun bir dövr ərzində islam hüquqşünasları elmi fəaliyyətlərini
               qarşılaşdıqları və ya intiqal etdirilən hüquqi problemlərin həlli
               istiqamətində  aparmışlar.  İslam  dininin  sürətlə  yayılması  və
               günbəgün yeni-yeni insanların və bölgələrin bu hüququn təsiri
               altına  düşməsi,  hüquqşünasların  xüsusi  olaraq  çevrələrində
               meydana  gələn  problemlərlə  məşğul  olma  zərurətini  ortaya
   26   27   28   29   30   31   32   33   34   35   36