Page 32 - Islamic Studies 05
P. 32
31) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
çıxarmışdır. Bu, hüququn kazuistik bir metodla meydana
gəlməsi və inkişafını da özü ilə bərabər gətirmişdir. Başqa bir
ifadə ilə desək, klassik islam hüququ əsərlərində buna bənzər
hüquqi əməliyyat və ya hadisələrin tabe olduğu ümumi
hökmlərin müəyyən edilməsi üstün hesab olunmuşdur. Əsasən
hüququn normal inkişafı da məhz bunu tələb edir. Kazuistik
metodun daha dəqiq və ədalətli hökmlərin çıxarılmasında
faydalı olması ilə yanaşı, mənfi xüsusiyyəti də ondan ibarətdir
ki, bu metod əsasında qələmə alınan kitablardakı bilgilərin tam
əhatə olunmaması, hüquqşünasları müəyyən bir zaman
çərçivəsində mücərrəd metoda və ya dolaşıq bir üsula
yönəltmişdir. Eyni inkişaf xəttinə islam hüququnda da rast
gəlmək mümkündür. İslam hüququnun əsası kazuistik metodla
yaradıldıqdan sonra fakihlər Hicri təqviminin III əsrindən
etibarən bu əsasların içərisindəki təməl müddəaları,
ümumdavranış qaydalarını və fəaliyyət prinsiplərini müəyyən
etməyə yönəlmişlər. Hənəfilərdə — Əbu Tahir-ədDəbbas,
Kərhi, Dəbusi, İbn Müzeym; Şafilərdə — İmamül-Harameyn,
əl-Cüveyni, İzzu ibn Əbdissalam, Suyuti; Malikilərdə —
Karafi; Hənbəlilərdə — İbn Rəcəb bu sahədə əməyi keçən
hüquqşünaslardır. Məcəlləyi-Ahkami-Ədliyyənin bütün
maddələri bu mahiyyətdə olmasa da müqəddiməsində bu
ümumi davranış qaydaları 100 maddə halında bir araya
gətirilmişdir. Müxtəlif məzhəblərə mənsub hüquqşünasların bu
mövzuda kifayət qədər əsərlər qələmə almalarına baxmayaraq,
müqavilə, borc, inzibati xəta və cinayətləri müəyyən edən
ümumi normaların hazırlanması yolunda heç bir hüquqi
fəaliyyəti olmamışdır. Bunun əsas səbəbi islam hüququnun
Hicri təqviminin IV əsrindən etibarən getdikcə artan nisbətdə
bir durğunluq dövrünü yaşaması ilə bağlıdır. Halbuki,
kazuistik metoda görə ortaya atılmış minlərcə məsələlər
içərisindən bunların tabe olduğu ümumi hökmləri çıxarmaq,