Page 276 - Islamic Studies 05
P. 276
275) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Amma qadınlar yaşayışa lazım olan bütün xərclərdən, hətta
özü üçün xərcləməkdən azaddırlar. Beləliklə, bir qadın öz
irs payını yığıb saxlaya bilər. Lakin kişi burada çarəsiz
qalıb, irs payını öz həyat yoldaşı və övladları üçün
xərcləməyə məcbur olur, onun nəticəsində də belə nəticə
hasil olur ki, kişi qazancının yarısını özünə və o biri yarısını
isə ailəsinə xərcləyir. Ancaq qadının payı (irs) isə olduğu
kimi qalır. Bu qədər fərq ona görədir ki, adətən qadınların
istehsal etmək qüdrəti azdır. Burada islam dini ədalətlə
qadınları himayə edırık onların payına düşəni çox təyin
etmişdir (zahirdə onların səhminin yarı olduğuna
baxmayaraq).
Məsum imamların (ə) dövründə də irsdən kişinin
payı ilə qadının payı arasındakı fərq məsələsi camaat
arasında mübahisə mövzusu olmuşdur. Məsumlardan
soruşulan suallara verilən cavabların məzmunu bundan
ibarətdir ki, “Allah Təala yaşayış xərcini və mehriyyə
ödəməyi kişinin öhdəsinə qoymuşdur. Elə buna xatir də
onların irs payını çox qərar vermişdir.”
Materialist düşüncələrə sahib olan ibn Əbil-Əvca bu
məsələ ilə bağlı irad bildirmiş, səhabələr onun bu iradını
imam Sadiqə (ə) nəql etdikdə o həzrət cavabında
buyurmuşdur: “Çünki, qadına cihad vacib edilməyib (və
buna görə də onun öhdəsində cihadın xərcləri yoxdur),
qadının öhdəsində kiminsə dolanışıq xərcləri yoxdur,
kiminsə diyəsini ödəmək də onun öhdəsində deyildir. Bütün
bu xərclər kişinin öhdəsindədir...”
1
Ayənin sonunda buyurulur: “Atalarınızın və
övladlarınızın hansı birisinin sizin üçün faydalı olduğunu
bilmirsiniz.” Yəni irs qanunu bəşərin həqiqi məsləhətləri
1 Vəsailuş-şiə, “Valideynin və övladların irsi” bölümlərindən 2 -ci bölüm, hədis 1, c.26,
s.93