Page 33 - Islamic Studies 05
P. 33

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (32

               bir sözlə, yeni bir hüquqi texnika yaratmaq üçün bu məsələlərə
               tam bir bağlılıq və sağlam hüquq məntiqi olmalıdır. Türkiyəli
               alim  Xeyrəddin  Qaraman  yazır  ki,  İslam  dini  insan
               cəmiyyətində  müəyyən  edilən  islahatı  gerçəkləşdirmək  üçün
               həyata  keçirilməsi  tələb  olunan  əmrlər  və  hökmlərdən  ibarət
               şəriəti  yaratmışdır  ki,  bunun  da  bir-birinə  bağlı,  hər  biri
               öncəkinin meyvəsi və sonrakının kökü olan üç hədəfi vardır: 1.

               Bəşəriyyətin  ağlını  xurafat  və  təqlid  əsarətindən  qurtarmaq.
               Bu, bir tək Allaha inam ilə əqli dəlinin, hür əməlin düşüncəyə
               yönəlməsi yolu ilə gerçəkləşir. Bununla da İslam dini müxtəlif
               cür  təzahür  olunan  bütpərəstliyə  qarşı  mübarizə  aparmışdır.
               Bütpərəstlik  ağlın  degenerasiyası,  bəsirətin  kor  olması
               deməkdir;  2.  Fərdin  ruh  və  əxlaqını  islah  etmək,  onu  xeyir,
               yaxşılıq  və  vəzifə  sahəsinə  yönəltmək,  həmçinin  insana  öz
               arzu və ehtiraslarına qalib gəlməsi, ağıl və vəzifə duyğusuna
               sahib olması imkanı yaratmaq. Bunu, Allaha davamlı ibadətlə
               savab və cəza inancı gerçəkləşdirir. Bunların sayəsində insan
               daim  yaradıcısını  xatırlayacaq,  vəzifələrini  qüsursuz  olaraq
               yerinə  yetirə  bilmək  üçün  davamlı  özünü  nəzarətdə
               saxlayacaqdır;  3.  Cəmiyyətdə  ümumi  həmrəyliyi  və  insanlar
               arasında bir-birinə olan inamı, ədaləti, həmçinin insana verilən
                                                             1
               hürriyyətlərin qorunmasını vacib etmək.
                 İslam hüquqi ilə bir qədər tanış olduqdan sonra, yaxşı olardı
               ki, Qurandakı bəzi hüquqi ayələr ilə də tanış olaq.

                 Elə bu baxımdan da islamın hüquqa olan baxışını daha yaxşı
               və  dərindən  başa  düşmək  üçün,  aşağıda  bəzi  hüquqi  ayələri
               gətirəcəyik.







                                                                                  pa.edu.az 1
   28   29   30   31   32   33   34   35   36   37   38