Page 34 - Islamic Studies 05
P. 34

33) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                 Xanımlarına yaxınlaşmamağa dair and içənlər üçün dörd ay
               gözləmə müddəti vardır. Əgər andlarından dönsələr, bilsinlər
                                                          1
               ki, Allah bağışlayandır, rəhm edəndir.

                 Əgər onlar boşamağa qəti qərar versələr, bilsinlər ki, Allah
               hər şeyi eşidəndir, biləndir.
                                              2
                 Boşanan  qadınlar  üç  aybaşı  müddəti  gözləməlidirlər.  Əgər
               Allaha  və  qiyamət  gününə  iman  gətiriblərsə,  bətnlərində
               Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri
               barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər
               kəsdən)  daha  çox  layiqdirlər.  Adətə  görə  kişilərin  qadınları
               üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində
               müəyyən  hüquqları  vardır.  Kişilərin  isə  onların  üstündə  bir
                                                                                    3
               dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
                 Boşama  (talaq)  iki  dəfədir.  Bundan  sonra  (qadını)  ya
               yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər
               iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları
               istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri
               almağınız  sizə  halal  olmaz.  Əgər  Allahın  hüdudlarında  qala
               bilməyəcəklərindən  qorxsanız,  (mehrdən)  ona  (ərinə)  bir  şey
               verməsində  heç  birinə  günah  yoxdur.  Bunlar  Allahın
               hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa,
                                        4
               onlar əsil zalımlardır.

                 Uşaqlarının  tam  əmizdirilməsini  istəyənlər  (atalar)  üçün
               analar  uşaqlarını  tam  iki  il  əmizdirsinlər.  Onların  (anaların)
               yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür.


                 Bəqərə, 226.
               1
                                                                                Həmin,  227. 2
                                                                                Həmin, 228. 3
                                                                                Həmin, 229. 4
   29   30   31   32   33   34   35   36   37   38   39