Page 35 - Islamic Studies 05
P. 35

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (34

               Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə
               də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin
               üzərinə  də  düşür.  Əgər  ata  və  ana  öz  aralarında
               məsləhətləşərək  razılığa  gəlib  uşağı  süddən kəsmək istəsələr,
               heç  birinə  günah  yoxdur.  Əgər  uşaqlarınızı  süd  anasına
               əmizdirmək  istəsəniz  və  verəcəyinizi  (zəhmət  haqqını)  adətə
               müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun
                                                                  1
               və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.

                 Sizdən  ölən  kimsələrin  qoyub  getdiyi  qadınlar  dörd  ay  on
               gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman
               öz barələrində etdikləri məşru işlərdə sizə günah yoxdur. Allah
                                               2
               etdiklərinizdən xəbərdardır.
                 Boşanan  qadınların  adətə  müvafiq  qaydada  dolanışıqlarının
               təmin edilməsi müttəqilərin borcudur.
                                                          3
                 Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir
               hissəsində  məskunlaşdırın  və  sıxışdırmaq  (evdən  çıxarmaq)
               məqsədilə  onlara  zərər  verməyin!  Əgər  onlar  hamilədirlərsə,
               uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin!
               Sizin  üçün  uşaq  əmizdirərlərsə,  onlara  ücrətlərini  verin  və
               aranızda  gözəl  bir  şəkildə  razılaşın!  Əgər  (razılaşmaqda)
                                                                              4
               çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.

                 İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara)
               öz  imkanına  görə  versin!  İmkanı  az  olan  da  Allahın  ona
               verdiyindən  xərcləsin! Allah  hər  kəsi  yalnız ona  verdiyindən
                                                                             5
               məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.


                                                                                Həmin, 233. 1
                                                                                Həmin,   234. 2
                                                                                Həmin, 241. 3
                                                                                   Təlaq, 6. 4
                                                                                   Təlaq, 7. 5
   30   31   32   33   34   35   36   37   38   39   40