Page 36 - Islamic Studies 05
P. 36

35) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                 Oxuduğumuz ayələr, daha çox ailədaxili hüquqlara aid olan
               ayələrdir. Əgər diqqət etsək, görərik ki, Allah həmin ayələrdə
               ailə  məsələlərinə,  xüsusi  ilə  də  kişi  və  qadın  arasındakı
               yaranan  ixtilaflı  məsələlərə  necə  incəliklə  yanaşır  və  bu
               ixtilafda heç kimin haqqının tapdalanmasına imkan vermir və
               xüsusi ilə də qadının haqqını açıqlayaraq, onu müdafiə edir.


                 Eyni  zamanda  da,  ayələrdə  ailə  haqqındakı  islam  hüquq
               sisteminin bəzi qaydalarına da işarə edilir.

                 Yazının  davamında,  cinayət  hüquqlarına  aid  bəzi  ayələri
               gətirəcəyik.

                 Allaha  və  Peyğəmbərinə  qarşı  vuruşanların  və  yer  üzündə
               fitnə-fəsad  törətməyə  çalışanların  cəzası  öldürülmək  və  ya
               çarmıxa  çəkilmək,  ya  da  əlləri  və  ayaqlarının  çarpazvari
               kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır.
               Bu  (cəza),  onların  dünyadakı  rüsvayçılığıdır.  Axirətdə  isə
               onlar üçün böyük bir əzab vardır.
                                                     1

                 Oğurluq edən kişi və qadının gördükləri işə görə Allahdan bir
                                                                                     2
               cəza olaraq əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir.
                 Zina  edən  qadın  və  zina  edən  kişinin  hər  birinə  yüz  şallaq
               vurun!  Əgər  Allaha  və  axirət  gününə  inanırsınızsa,  Allahın
               dinində  (hökmlərini  tətbiq  edərkən)  onlara  qarşı  ürəyiniz
               yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya
               şahid olsun!
                             3







                                                                                 Maidə, 33. 1
                                                                                 Həmin, 38. 2
                                                                                    Nur, 2. 3
   31   32   33   34   35   36   37   38   39   40   41