Page 339 - Islamic Studies 05
P. 339
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (338
Talibə gəldikdə isə, onlar Peyğəmbərdən (s) sonra onu
müsəlman ümmətinin ən fəzilətli və imamətə hamıdan layiqli
şəxs olduğunu hesab etmişlər. Əgər o, öz razılığı ilə imaməti
başqalarının öhdəsinə buraxıb öz haqqından keçməyə razı
olubsa, biz də onun razı olduğu şeyə razıyıq. Yox, əgər Əli (ə)
bu məsələyə razı olmamışsa, onda Əbu Bəkr özünü həlak
etmişdir.
5. Nəimiyyə;
Bu firqə Nəim ibni Yəmanın davamçılarına verilən addır.
Onlar Peyğəmbərdən (s) sonra Əli ibni Əbu Talibi imamətə
daha layiqli və insanların ən fəzilətlisi hesab etmişlər. Onların
fikrincə, islam ümməti Əliyə (ə) bey᾿ət etməməklə böyük
səhvə yol vermişlər. Nəimiyyə firqəsi Osmana və Əliyə (ə)
qarşı çıxan şəxsləri məhkum edərək onları küfrdə ittiham
etmişdir.
6. Yə᾿qubiyyə;
Onlar Yə᾿qub ibni Əli Kufinin tərəfdarları olmuşlar.
Qiyamət günündən əvvəl insanların dünyaya qayıtmalarını,
qəbr əzabını, Nəkir və Munkirin sorğu-sualını və şəfaəti inkar
edərək Əbu Bəkr, Ömər və Osmanın xilafətini qətiyyətlə rədd
etmişlər. Lakin onların imamətini zəlalət saymamışlar.
Əbrəqiyyə, Əcəliyyə, Mərsiyyə, Səbahiyyə, Qasimiyyə,
Hüseyniyyə, Həsəniyyə, Xəl᾿iyyə və Xəşəbiyyə, Zeydiyyə
firqəsinin digər şaxələrini təşkil etmişlər.