Page 340 - Islamic Studies 05
P. 340
339) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Zeyd ibni Əli, Yəhya ibni Zeyd, (Nəfsi Zəkiyyə ləqəbi ilə
məşhur olan) Məhəmməd ibni Əbdullah, İbrahim ibni
Əbdullah, İsa ibni Zeyd, Yəhya ibni Əbdullah, İbni Təbatəba
və Hüseyn ibni Əli Sahibul-Fəxlə yanaşı, Zeydiyyə
məzhəbinin bir çox görkəmli şəxsiyyətləri də olmuşdur. Tarix
boyu onlar tərəfindən yüzlərlə kitab və elmi əsərlər
yazılmışdır. Burada misal olaraq onlardan bir neçəsini
gətiririk:
1. Əhməd ibni İsa ibni Zeyd; (157-247 h.q.) Zəhəbi öz
kitabında onun «Siyam» (Oruc) adlı yazdığı kitabın adını
çəkmişdir. Lakin onun «Əmali» adlanan başqa bir əsəri daha
çox şöhrət qazanmışdır. Bu kitab Əllamə Əli ibni İsmail
tərəfindən «Rə᾿bus-səd» ünvanı altında üç cilddə nəşr
olunmuşdur. Əhməd ibni İsa bu kitabda Peyğəmbər (s) və
onun Əhli-beytindən 2790 hədis nəql etmişdir ki, onların
əksəriyyəti Əli ibni Əbu Talib (ə)-dan qeyriləri tərəfindən nəql
olunmuşdur.
2. Qasimur-rəssi ləqəbi ilə məşhur olan Qasim ibni İbrahim
Təbatəba; (169-246 h.q.) O, Yəməndə Zeydiyyə firqəsinin
bünövrəsini qoymuş Yəhya ibni Hüseynin babası olmuşdur.
Əqidə və fiqhə dair bir çox kitablar yazmışdır. «Əd-dəlilul
Kəbir», «Kitabul-ədl vət-tovhidul kəbir», «Ər-rəddu ələn-
nəsara», «Əl-mustərşid», «Tə᾿vil-ul-ərşi vəl-kursi», «Əl-fəraiz
vəs-sünən» və «Siyasətun-nəfsi» kitablarını buna misal
çəkmək olar.
3. Yəhya ibni Hüseyn ibni Qasim; İmamul-Hadi ləqəbi ilə
məşhur olan bu şəxs Yəməndə Zeydiyyə hökumətini tə᾿sis
etmişdir. O, bu firqənin bünövrəsini qoyduqdan sonra 77-yə