Page 342 - Islamic Studies 05
P. 342

341) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               7-  İSMAİLİYYƏ MƏZHƏBİ


                  Şiə  məzhəbli  firqələrdən  biri  də  İsmailiyyə  məzhəbidir.
               İsmailiyyə  istər  e᾿tiqadi,  istərsə  də  tarixi  baxımdan  islam
               dünyasında  böyük  əhəmiyyət  kəsb  etmiş,  öz  mövqeyini
               qoruyub saxlayaraq bu günkü günədək davam gətirə bilmişdir.
               Bu  məzhəb  hal-hazırda  islam  dünyasının  bir  çox  ölkələrində
               müstəqil  firqə  şəklində  fəaliyyət  göstərir,  istər  cəmiyyət,
               istərsə də müsəlman alimlərinin arasında xüsusi yer tutur. Bu
               cərəyan  şiələrin  altıncı  imamı  Cə᾿fər  ibni  Məhəmməd  Sadiq
               şəhid  olduqdan  sonra  qısa  bir  müddət  ərzində  meydana
               gəlmişdir.  İsmailiyyə  digər  firqələrdən  fərqli  olaraq,  imam
               Sadiqin  (ə)  böyük  oğlu  İsmaili  imam  kimi  qəbul  edir.
               Ümumiyyətlə  altıncı  imam  vəfat  etdikdən  sonra  şiələr  beş
               firqəyə bölünmüşlər:


                  1. Navusiyyə;


                  Onların əqidəsinə əsasən, altıncı imam vəfat etməmişdir və
               hələ də yaşamaqdadır. O, Peyğəmbərin (s) nəslindən olan və
               zühurunun  intizarı  çəkilən  Məhdidir. Zühur  etdiyi gün  bütün
               aləmə  imamət  (rəhbərlik)  edəcəkdir.  İsmailiyyə  Cə᾿fər  ibni
               Məhəmməddən  belə  bir  rəvayət  nəql  edir:  «Dağdan  başımın
               aşağı  endiyini  (yə᾿ni,  qətlə  yetirildiyimi)  görsəniz  belə,  yenə
               də inanmayın və bilin ki, mən sizin ağanız və rəhbərinizəm».
               Başqa  bir  rəvayətdə  deyilir:  «Əgər  sizin  yanınıza  gəlib
               xəstələndiyimi  və  ya  vəfat  etdikdən  sonra  mənə  qüsl  verib
               kəfənləndiyimi xəbər versələr də inanmayın, çünki mən sizin
               ağanız və rəhbərinizəm».


                  Bu firqə onu tə᾿sis edən şəxsin - Əcəlan ibni Navusun - adı
               ilə  bağlı  olaraq  Navusiyyə  adlandırılmışdır  və  hal-hazırda
               tamamilə aradan getmişdir.
   337   338   339   340   341   342   343   344   345   346   347