Page 343 - Islamic Studies 05
P. 343

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (342

                  2. İsmailiyyə;


                  Bu firqənin ardıcılları Cə᾿fər ibni Məhəmməddən sonra oğlu
               İsmaili  imam  kimi  qəbul  edirlər.  Onlar  hələ  atası  sağ  ikən
               İsmailin vəfat etdiyini inkar edərək demişlər: İsmailin ölümü
               və  dəfn  mərasimi  onun  Abbasilərdən  qorunması  üçün  atası
               tərəfindən  qurulmuşdur.  Sonralar  İsmailiyyə  bir  neçə  firqəyə
               bölünmüşdür və bunun ən başlıca səbəbi İsmailin imaməti, sağ
               və ya vəfat etdiyinə dair aparılan mübahisələr olmuşdur. (Bu
               barədə  növbəti  dərslərimizdə  söhbət  açacağıq).  Lakin
               İsmailiyyə  firqələrinin  müştərək  cəhəti  imamət  məsələsində
               İsmailin bu işə daha layiq olması və onun altıncı imamın digər
               övladlarından üstünlüyünə olan e᾿tiqad təşkil edir.


                  3. Fəthiyyə;


                  Fəthiyyə  imam  Cə᾿fər  Sadiqin  (ə)  ikinci  övladı  olan
               Əbdullah  ibni  Cə᾿fərin  davamçılarına  verilən  addır.  Baş  və
               ayaqları enli olduğu üçün Əbdullah «Əftəh» ləqəbi ilə məşhur
               olmuşdur. Bu səbəbdən də bu firqəyə Fəthiyyə adı verilmişdir.
               Tarixi sənədlərə əsasən Əbdullah özünü atasının canişini e᾿lan
               etmişdir. Bu səbəbdən də atası vəfat etdikdən sonra bə᾿ziləri
               ona  qoşularaq  Fəthiyyə  firqəsinin  bünövrəsini  qoymuşlar.
               Fəthiyyə davamçıları belə bir əqidəyə əsaslanırlar ki, Əbdullah
               vəfat  etdikdən  sonra  imamət  onun  oğluna  çatacaqdır.  Lakin
               övladı  olmadığı  üçün  və  özü  də  atasının  vəfatından  sonra
               yalnız  yetmiş  gün  yaşadığı  üçün  onun  tərəfdarları  yeddinci
               imam Cə᾿fər Kazimə (ə) üz tutdu. Beləliklə, Fəthiyyə firqəsinə
               son qoyuldu.


                  4. Səmitiyyə;
   338   339   340   341   342   343   344   345   346   347   348