Page 344 - Islamic Studies 05
P. 344
343) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Səmitiyyə firqəsinin tərəfdarları Məhəmməd ibni Cə᾿fəri
imam kimi qəbul etmişlər. Məhəmməd ibni Cə᾿fər «Dibac»
ləqəbi ilə məşhur olan cəsur bir şəxsiyyət olmuşdur. Hicrətin
199-cu ilində Məkkədə Mə᾿muna* qarşı qiyam etmişdir.
Zeydiyyə firqəsinin davamçıları bu qiyamda onlara köməklik
göstərsələr də, İsa Cəludi onu yaxalayaraq Mə᾿munə təslim
etmişdir. Səmitiyyə firqəsi bu cərəyanı tə᾿sis edən Yəhya ibni
Əbi Səmitin adı ilə adlandırılmışdır. Bu firqə hal-hazırda öz
fəaliyyətini tamamilə dayandırmış və tərəfdarlarını itirmişdir.
5. Musəviyyə;
Bu firqə imam Musa Kazim (ə)-ı sonuncu imam hesab edən
şəxslərə verilən addır. Musa ibni Cə᾿fər on iki imamçı şiələrin
yeddinci imamı hesab olunur. O həzrət vəfat etdikdən sonra bir
çox tərəfdarları onun yenidən qayıdacağına e᾿tiqad bəsləsələr
də, hal-hazırda Musəviyyə firqəsi tamamilə öz fəaliyyətini
dayandırmışdır.
TƏ᾿SİSÇİLƏRİ
Altıncı imamın vəfatından sonra şiələrin ümumi vəziyyəti
və onların beş firqəyə ayrılmaları artıq mə᾿lum oldu. Bəs
görəsən İsmailiyyə firqəsi kimlər tərəfindən tə᾿sis
olunmuşdur?
İsmail ibni Cə᾿fər özü imamlıq iddiası edib bu firqənin
bünövrəsini qoymuşdurmu? Yoxsa, bu məzhəb başqa bir şəxs
tərəfindən meydana gəlmişdir?
Qeyd etdik ki, İsmail imam Cə᾿fər Sadiqin (ə) övladı
olmuşdur və tarixi dəlillərə əsasən, ən azı onun özündən heç
olmasa beş il əvvəl vəfat etmişdir. Bu da Hicrətin 143-cü ilinə