Page 85 - Islamic Studies 05
P. 85
Fəlsəfə elminə qısa bir baxış (84
Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə
sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər
boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu
fəlsəfənin Bəhmənyar ibn Mərzban2, Nəsirəddin Tusi1, İbn
Bacə2 kimi görkəmli nümayəndələri olmuşdur.
İşraq fəlsəfəsi
İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək
genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu
fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin
Sührəvərdi1 başçılıq edirdi. Sührəvərdi həm Platonun2, həm
də Aristotelin fəlsəfi fikirləri ilə tanış idi. O, yaratdığı
fəlsəfəyə «İşraq fəlsəfəsi» (intuitiv fəlsəfə) adını vermişdi.
Sührəvərdiyə görə həqiqətin kəşf olunması üçün iki yolun
mövcudluğu zəruridir:
2Bəhmənyar ibn Mərzban – XI əsrdə yaşamış Azərbaycan filosofudur. İbn Sinanın
elminə yiyələnmiş ən iste’dadlı şagirdidir. Onun yazmış olduğu «Təhsil»,
«Metafizikanın mövzusu», «İzahat», «Mövcudatın mərtəbələri» və başqa kitabları
dünyanın bir çox dillərinə tərcümə olunub çapdan çıxmışdır.
1Nəsirəddin Tusi – Məhəmməd ibn Həsən 1201-1274-ci illərdə yaşamış dahi
Azərbaycan filosofudur. Riyaziyyat, Astronomiya, Minerologiya, təbabət elmləri
sahəsində əvəzsiz xidmətləri olmuşdur. Marağa Astronomiya Rəsədxanasını tə’sis
etmişdir. Nəsirəddin Tusi e’tiqad bəslədiyi imamiyyə(şiə) əqidələrini fəlsəfi şəkildə
«Təhzibul-Kəlam» kitabında açıqlamışdır. İbn Sinanın «İşarat» kitabına gözəl şərh
yazmış bu İlahi filosofun onlarla qiymətli kitabı günümüzədək elm ocaqlarında tədris
olunur.
2İbn Bacə –Əbu Bəkr Məhəmməd ibn Yəhya 1070-1139-cu illərdə yaşamış ərəb
filosofu, Fizika, riyaziyyat, astronomiya, təbabət və musiqiyə dair bir çox məqalə və
kitabların müəllifidir.
1Şihabəddin Sührəvərdi –Yəhya ibn Həbəş –1154-1191-ci illərdə yaşamış Azərbaycan
filosofudur. Fəlsəfə və sufiliyə dair 50-dən çox əsərin müəllifidir. Əqidəsi uğrunda qətlə
yetirilmiş və «Öldürülmüş filosof» adı ilə dillərə düşmüşdür.
2Platon –eramızdan əvvəl 428-348-də yaşamış dahi yunan filosofudur. Sokratın şagirdi,
Aristotelin müəllimi hesab olunur. 30-dan artıq fəlsəfi əsəri qalmışdır.