Page 86 - Islamic Studies 05
P. 86
85) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
1.Aşkar əqli dəlillər, isbat və istidlallar (deduksiyalar3).
2. Əməli mərhələlər keçərək ruhun paklanması ilə İlahi
nurdan kömək almaq.
İşraq sözünün mə’nası «Nur saçmaq» deməkdir. Cərəyanın
«İşraq» adlandırılması həqiqətin kəşf olunmasında
Sührəvərdinin zəruri bildiyi İlahi nurla əlaqədardır. O, bütün
mövcudatı nur və zülmətdən ibarət bilirdi. Sührəvərdiyə görə
nur ilə zülməti seyr etmək və nəhayət, nurlar-nuru Allahı
tapmaq lazımdır. İşraqilər özlərini Platonun varisləri hesab
edirlər. Məşşai və İşraq fəlsəfi cərəyanları arasında ən əsaslı
ixtilaf işraqilərin həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci
şərtdir (ruhun paklanması). Lakin Aristotel ilə Platon arasında,
məhz bu məsələdə, fikir ayrılığı olduğunu heç kəs sübut edə
bilməmişdir.
XX əsrin görkəmli filosofu şəhid Mürtəza Mütəhhəriyə1 görə
bu iki filosof arasında qeyd etdiyimiz məsələ barəsində ixtilaf
3Deduksiya –düşünmək prosesində ümumidən xüsusiyə getmə, yekun çıxarma.
1 ə Ş hid Mürt ə za Müt ə hh ə – ri XX ə srin görk ə mli filosofu ə f , qih v ə sosioloqudur . Çoxlu
sayda məqalə və kitabları çapdan çıxmışdır.