Page 117 - Islamic Studies 06
P. 117
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /116
vücudundan yaranıb və onun həm yaxşı, həm də yaramaz
əməlləri səndən asılıdır. Həmçinin bil ki, atalıq məsuliyyəti və
hökmranlığına görə səndən hesabat alınacaq. Sən övladını
gözəl əxlaq və ədəb ərkana yiyələndirməli, böyük Allahı ona
tanıtdırmalı və Allaha itaət və ibadət etməkdə ona yol
göstərməlisən!
(Ey valideyn,) övladına tərbiyə verdikdə özünü də unutma;
vəzifəsini tanıyan bir ata ol! Bil ki, övladına xidmət göstərsən,
Allah-taala dərgahında savab qazanacaqsan. Amma əgər öz
köməyini ondan əsirgəsən, əzaba düçar olacaqsan!»
(Məhəmməd Təqi Fəlsəfinin nitqi, 18-ci çapı, Tehran, İslam
maarifi nəşriyyatı heyətı, 1367-cı hicri-şəmsi ili, «Uşaq
irsiyyət və tərbiyə baxımından», 2-ci hissə, 3-cü səh.)
Təlim-tərbiyə elə uşaqlıq çağlarından başlanır. Azyaşlı
uşaq valideynlərinin, həmçinin ailədə yaşca özündən böyük
bacı-qardaşının rəftarlarını təkrarlayır. Uşağın şəxsi rəftarları
isə tabe olduğu dinin buyruqları və milli adət-ənənənin təsiri
altinda formalaşır. Sözsüz ki, hər bir millətin və məntəqənin
özünəxas milli adət-ənənəsi və tərzi-təfəkkürü var və bunlar
nəsildən nəslə ötürülür. Ata-ana da millətin bir nümayəndəsi
kimi bu adət-ənənəni mənimsəyir və övladlarına ötürür.
Məsələn, böyüklərlə davranış qaydaları, toy və yas
mərasimləri, xöşbəxtlik və bədbəxtlik, həyat və ölüm
anlayışlarını təhlil etmək və s. bu kimi göstəricilər müəyyən
bir mədəniyyəti təşkil edir. Bir qədər öncə irsiyyətin uşağın
şəxsiyyətinə böyük təsir etdiyini vurğuladıq. Milli adət-ənənə
isə uşaq şəxsiyyətinin formalaşmasında başqa bir amildir.
Əsassız inanclar və xurafatlar, ətrafdakılara qarşı
laqeydlik, cəmiyyətdə nizam-intizamsızlıq və qanunsuzluq,
əhalinin ölkə ərazisində düzgün paylanmaması, dinə qarşı
inamsızlıq ictimai mədəniyyətə mənfi təsir qoyan amillərdir.
Bu mənfi amilləri cəmiyyətə qoşulan gəncə mütləq xatırlatmaq