Page 120 - Islamic Studies 06
P. 120

Vəhyin mahiyyəti / 119

                   Təlim-tərbiyə və şəxsiyyətin formalaşmasında mühüm rol
               oynayan  amillərdən  biri  təhsildir.  Əgər  ana  uşağın  təhsilinə
               ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil
               verəcəkdir.  Uşaqlar  günün  yarı  hissəsini  təhsil  ocaqlarında,
               yəni  məktəblərdə  keçirirlər.  Başqa  sözlə  desək,  onlar
               cəmiyyətə  qoşulurlar.  Məktəblərdə  tədrislə  yanaşı  uşaqlara
               cəmiyyətdə  davranış  qaydalarını  və  milli  adət-ənənələri  də

               öyrədirlər.
                   Uşaq  ən  çox  ana  ilə  ünsiyyətdə  olduğu  üçün  onun
               rəftarlarını  və  danışıqlarını  təkrar  edir.  Deməli,  cəmiyyətdə
               mədəniyyətin böyük hissəsi ana əməyinin məhsuludur.
                   Bir  sözlə  ana  uşaq  üzərindəki  nüfuzu  ilə  onun
               formalaşmasında böyük rol oynayır. Ana övladını xeyirxahlığa
               və  bədxahlığa  sövq  etdirir.  O,  bəyənilən  və  ya  yaramaz
               əməllərin toxumunu uşağın qəlbinə səpir.

               Ana övladı üçün örnəkdir
                   Uşaq  anasını  hər  bir  cəhətdən  özünə  örnək  hesab  edir.
               Yəni,  ana  övladına  bir  davranış  və  şəxsiyyət  nümunəsidir.
               Ailəyə  qarşı  laqeyd,  bədrəftar,  hər  xırdalığa  görə  özündən
               çıxan və bir sözlə dözülməz xasiyyətdə olan ana sizcə ədəb-
               ərkanlı  və  dolğun  şəxsiyyətli  bir  övlad  yetişdirə  bilərmi?
               Ananın  bütün  rəftarları  –  evin  idarəçiliyi,  səbr  və  hövsələsi,
               gözlənilməz  hadisələrlə  üzləşməyi,  Allaha  inam  və  ibadəti,
               hətta geyimi və s. uşaq üçün nümunədir. Məsələn, ana, əgər
               Allaha  ibadətdə  ciddiyət  göstərib,  onu  vaxtında,  bəyənilən
               məkanlarda, dəqiqliklə icra edərsə, şübhəsiz ki, övladı da bu
               mədəniyyəti mənimsəyəcəkdir.
                   Dost və həmsöhbətin yoxluğu uşaq və yeniyetmələr üçün
               böyük bir müsibət sayılır. Amma övladımızın ədəbsizliyi və ya
               əcnəbilərə  məxsus  mədəniyyəti  yamsılayan  uşaqlarla
               ünsiyyətdə  olması  daha  böyük  müsibətdir.  Yenə  də
   115   116   117   118   119   120   121   122   123   124   125