Page 123 - Islamic Studies 06
P. 123

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /122

               Böyüyəndən  sonra  cinsi  tərbiyədə  müxtəlif  formada
               yanaşılmalıdır.  Bizim  ailələrdə  qız  və  oğlan  tərbiyəsində
               qəribə bir yanaşma var, oğlana hər şey olar, amma qıza yox.
               Nəticədə  qızlar  çəkingən,  olur,  oğlanlar  isə  istədiyini  edə,
               istədiyi  formada  davranırlar.  Bundan  əvvəlki  nəsli  təhlil
               edərkən görürük ki, qızlar analarından, oğlanlar isə atalarından
               çəkinir. Ünsiyyət var, amma səmimiyyət yoxdur. Nə qədər ki,

               səmimiyyət,  dostluq  yoxdur,  onlar  arasında  həmişə  problem
               oalcaq. Nəticədə uşaq dərdini danışacağı başqa birini tapacaq
               və  kim  təminat  ver  bilər  ki,  həmin  insan  kifayət  qədər
               güvənilirdir. Valideynlə dost olmayanlar xarici mühitə can atır,
               ailədən  uzaqlaşır.  Ev  onlar  üçün  yalnız  yemək,  yatmaq,  pul
               götürmək  yeri  olur.  Biz  bununla  bağlı  valideynlərə  tövsiyə
               verəndə  isə  xüsusilə  atalar  deyir  ki, mən  övladımla  dost  ola
               bilmərəm, çünki bu zaman o mənə hörmət etməz".
                   Ekspert vurğulayıb ki, istər qız, istər oğlan övladı olmasına
               baxmayaraq,  valideynlər  hər  iki  uşağa  yetərincə  diqqət
               ayırmalıdırlar:  "Bəzi  vərdişləri  uşaqlara  kiçik  yaşlarından
               aşılamaq lazımdır. Tutaq ki, onlara tapşırıq verin. O da dərk
               etsin  ki,  ona  nəsə  tapşırılıb  və  bunu  mütləq  etməlidir  və
               əvəzində  o  mükafat  və  ya  alqış  alacaq.  Bağçaya  getməyən
               uşaqlarda məsuliyyət hissi də az olur. Çünki ən azından orada
               uşağa  tapşırıqlar  verilir.  Hətta  hədiyyə  alarkən  də  diqqətli
               olmalı və yenə də məsuliyyət unudulmamalıdır. Eyni zamanda,
               uşaqlara hər gün yeni hədiyyə almaq doğru deyil. Bir gəlincik,
               maşın alanda bir neçə ay ona imkan yaradın ki, o,  oyuncağı
               dərk etsin".
                   Azərbaycan  ailələrində  ata  işə  gedən,  pul  qazanan,
               fikirlərinə  qarşı  heç  bir  söz  deyilməyən,  övladın  birbaşa
               ünsiyyət qurmadığı bir şəxs kimi tanınır: "Yəni, ailə üzvləri nə
               düşünür-düşünsün  yalnız  onun  qərarı  əsasdır.  Övladın
               tərbiyəsinə  birbaşa  qarışmır,  bütün  məsuliyyət  də  ananın
   118   119   120   121   122   123   124   125   126   127   128