Page 124 - Islamic Studies 06
P. 124
Vəhyin mahiyyəti / 123
üzərinə düşür. Hansısa problem yaşananda o, sadəcə, günahı
başqalarında axtarır, özü nə qədər məsuliyyət daşıyır bunu
düşünmür. Bir sözlə, bizdə atalar məsuliyyətdən qaçır. Təkcə
ana tərbiyəsi yetərli deyil. Hər bir valideyn bir psixoloq qədər
bilikli olmalıdır.
Hər bir uşağın fərqli fərdi xüsusiyyətləri var
Həm oğlan, həm də qız uşaqları ilə səmimi ünsiyyət
yaratması vacibdir. Onun sözlərinə görə, ailədə münasibətləri
düzgün quramağı bacaran valideynlər gələcəkdə övladlarının
davranışları ilə bağlı ciddi problem yaşamırlar. Məlum
məsələdir ki, uşağın tərbiyəsində ətraf mühit, təhsil
müəssisələri informasiya vasitələri ilə yanaşı əsas missiya
ailənin üzərinə düşür.Valideynlər arasında uşaqların tərbiyəsi
ilə bağlı həmrəylik olmalıdır. Valideynlər aralarında yaranan
fikir ayrılığını uşağa hiss etdirməməlidir. Lakin təəssüflər
olsun ki, bu gün Azərbaycanda ənənəvi ailə modeli dağılmaq
üzrədir. Bu vəziyyət öz mənfi təsirini uşaqların tərbiyəsində də
biruzə verir. Şəxsiyyətlərarası və şəxsiyyətdaxili ziddiyyətlər
valideyn-övlad münasibətlərində uçurumlar yaradır. Hansı
ailədə ata, ana və digər ailə böyükləri (baba, nənə) uşağın
tərbiyəsində müsbət şəxsi nümunə göstərirsə o ailədə sağlam
düşüncəli və cəmiyyətimiz üçün yararlı şəxsiyyətlər yetişir.
Ekspert vurğulayıb ki, həm ailədə, həm də məktəbdə uşağa
şəxsiyyət kimi yanaşmaq lazımdır. Tünzalə Verdiyevanın
fikrincə, hər bir uşağın fərqli fərdi xüsusiyyətləri var. O bildirir
ki, temperament tipinə və xarakterinə görə bir-birindən
fərqlənən uşaqların tərbiyəsində fərdiliyi tapmaq yüksək
valideynlik bacarığı tələb edir: "Hələ ana bətnindəyikən uşağın
fiziki və fizioloji tərbiyəsi, lap kiçik yaşlarından estetik
tərbiyyəsi, maraq və meyilləri formalaşır. Artıq 2 yaşından
etibarən uşaqları maraqlandıran sualları yaşlarına uyğun olaraq