Page 119 - Islamic Studies 06
P. 119

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /118

               müsbət cəhətlərini araşdırmadan dərhal onu təsdiq və ya inkar
               etməməlidir.
                   Uşağa verilən təlimlər tamamilə aydın olmalıdır ki, uşaqda
               tərəddüd  yaratmasın.  Yəni,  uşağa  verilən  hər  bir  təlimin
               səbəbini  və  faydasını  ona  izah  etmək  lazımdır.  Həmçinin
               uşağın  zehninə  həkk  olan  təlimləri  alt-üst  edib,  onları
               yeniləmək  olduqca  çətin  işdir.  Unutmayın  ki,  həmişə

               mülayimliklə  uşağı  tərbiyələndirmək  təsirli  olmur.  Bəzən
               lazımi  cəza  tədbirlərindən  istifadə  etmək,  bəzən  isə  uşağı
               müəyyən  bilikləri  öyrənməyə  vadar  etmək  lazımdır.  Uşağı
               maraqlandıran suallara onun düşüncə səviyyəsinə uyğun cavab
               verilməlidir. Ananın vəzifəsi böyükdür. Ümumi anlayışları və
               yenilikləri  övladına  izah  etmək,  adət-ənənələri  qoruyub
               saxlamaq  və  onların  icrasına  nəzarət  etmək,  televiziya  və
               internet  kimi  kütləvi  informasiya  vasitələrindən  istifadəni
               çərçivəyə  salmaq  və  s.  kimi  məsuliyyətlər  ananın  öhdəsinə
               düşür. Xatırladaq ki, televiziya verilişləri uşaqlara böyük təsir
               göstərir.  Demək  olar  ki,  bütün  uşaqlar  elə  kiçik  yaşlarından
               televiziya  verilişlərini  izləməyə  həvəs  göstərir  və  orada
               gördüklərini heç bir qeyd və şərtsiz qəbul edirlər. Nəticədə də
               onların  əksər  rəftar  və  düşüncələri  televiziya  tamaşalarının
               məhsuludur. Əgər uşağı tərbiyələndirməkdə müsbət nəticələr
               əldə  etmək  istəyirsinizsə,  ona  özünə  uyğun  televiziya
               verilişlərini seyr etmə icazəsini verməli və eyni zamanda ona
               nəzarəti unutmamalısınız.
                   Eyni  zamanda,  ana  uşağına  gündəlik  vəzifələrini
               tanıtdırmalı, onu dünya ölkələri və şəhərləri ilə tanış  etməli,
               ona qəzet və jurnallar, həmçinin müasir yazıçıların əsərləri və
               s. haqqında məlumatlar verməlidir. Xüsusilə də ana övladına
               hər  bir  şeydə  müşahidə  edilən  «səbəb  və  nəticə»  qanununu
               izah etməlidir.
   114   115   116   117   118   119   120   121   122   123   124