Page 118 - Islamic Studies 06
P. 118

Vəhyin mahiyyəti / 117

               lazımdır. Şübhəsiz ki, ictimaiyyət ayrı-ayrı ailələrdən, ailə isə
               ayrı-ayrı fərdlərdən təşkil olur və ictimaiyyətdə mövcud olan
               problemlər də ailələrdən qaynaqlanır. Sizcə nizam-intizamsız,
               ayrıseçkiliklərə  yol  verilən,  daim  ailə  üzvləri  arasında
               çəkişmələr baş verən bir ailənin yetirdiyi uşaq hansi tərbiyənin
               və mədəniyyətin sahibi ola bilər?! Yəqin ki, göz açıb gördüyü
               tərbiyənin!

                   Xülasə, təlim-tərbiyənin təməli ailədə qoyulur.
                   Təlim-tərbiyəyə  təsir  göstərən  amillərdən  biri  də  ailənin
               mənsub olduğu ictimai kütlə və həmçinin yaşadığı məntəqədir.
               Müşahidə etdiyiniz kimi ali təhsilli ailələrlə savadsız ailələr,
               varlı  ailələrlə  yoxsul  ailələr  və  şəhərdə  yaşayan  ailələrlə
               kənddə yaşayan ailələr arasında təlim-tərbiyə və etika-estetika
               baxımından bir çox fərqlər mövcuddur.

               Uşağın cəmiyyətdə fəal olmasında ananın təsiri
                   Tanınmış  sosioloq  Parsonzun  nəzərincə  ictimailəşmək,
               yaşadığı  mühitə  hakim  olan  mədəniyyətə  yiyələnməkdir.
               Başqa bir tərifə əsasən isə ictimailəşmək ictimaiyyətdə mövqe
               tutmaq üçün bir sıra rəftarlar və məharətlərə yiyələnməkdir.
                   Uşağın  ictimai  bir  fərd  kimi  yetişməsində  ana  hansı
               təsirləri qoya bilər?
                   Hər  bir  millətin  danışıq  dili  onun  mədəniyyətini,  etika-
               estetikasını və psixologiyasını nümayiş etdirir. Uşaq ana dilini
               anasından  öyrənir  və  bu  vasitə  ilə  öz  istəklərini  və  digər
               məsələləri bəyan edir. Bu səbəbdən də danışıqda ara sözləri və
               təhqiramiz ifadələrdən, kinayələrdən istifadə etmək olmaz.

                   Ana  uşağı  ətraf  aləmlə  tanış  etmək  üçün  bu  barədə
               məlumat  verən  kitablardan,  şəkillərdən,  sənədli  filimlərdən
               istifadə edə bilər. Uşağın yad mədəniyyətə meyilli olduğunu
               müşahidə edən ana təmkinli olmalı, bir mədəniyyətin mənfi və
   113   114   115   116   117   118   119   120   121   122   123