Page 122 - Islamic Studies 06
P. 122
Vəhyin mahiyyəti / 121
Ananın övladı üzərində qoyduğu təsirlər
Ananın uşaq üzərində qoyduğu təsirləri bu üç sahədə
görmək mümkündür:
1. Ana öz nümunəvi xüsusiyyətləri və rəftarları ilə
övladının təlim-tərbiyəsi və kamilləşməsi üçün münasib şərait
yaradır.
2. Ana övladı üçün örnəkdir və övladı onun hər bir
hərəkətini eynilə təkrar edir.
3. Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə
övladını bu rəftarları mənimsəməyə yönəldir.
Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyələndirmək və
maarifləndirmək üçün ana da bir çox bilgiləri əldə etməli və
davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı
tövsiyələr bu işdə anaya kömək göstərə bilər:
1. Ana övladının həm evdə, həm də evdən kənardakı
davranışına göz qoymalıdır. Onun dostlarını tanımalı, onlarla
olan söhbətindən və rəftarlarından müəyyən qədər agah
olmalıdır.
2. Ana uşağının yol verdiyi səhvləri nəzərə almalı və
onların islahı üçün səy göstərməlidir.
3. Ana uşağının rəftarlarındakı məqsəd və istəyi
müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.
4. Ana bəzən uşaqla həmfikir, həmdərd olmaq və
ümumiyyətlə mülayim davranmaqla onunla dostlaşa bilər. Bu
yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan
mənfi təsirləri zərərsizləşdirə bilər.
Ailədə səmimiyyət olmalıdır
Oğlan və qız tərbiyəsində elə də ciddi fərq
qoyulmamalıdır. Onun sözlərinə görə, uşaqlara qarşı ümumi
davranışlar müəyyən yaş dövrünə qədər eyni olmalıdır.