Page 126 - Islamic Studies 06
P. 126

Vəhyin mahiyyəti / 125

               Valideyn-Övlad münasibətləri
                   Uşaq      şəxsiyyətinin     formalaşmasında        ailənin    rolu
               əvəz¬edil¬məz¬dir.  Gənc  nəslin  tərbiyəsi  ailənin  başlıca
               funksiyalarından  biri¬dir,  valideynlərin  isə  ən  mühüm
               vəzifələrindəndir.Lakin        ailədə     valideynlərin      xeyirxah
               arzularından asılı ol¬ma¬ya-raq, həm yaxşı, həm də pis uşaq
               böyüyə  bilir.  Bunu  nə  ilə  izah  etmək  olar?  Ailədə  hansı

               şəraitdə yaxşı, və ya pis uşaq forma¬la¬şır? Vali¬deynlər gənc
               nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetir-məli¬dirlər? Heç
               bir  ailədə  uşaq  kortəbii  şəkildə  tərbiyə  edilmir.  Hər  bir
               vali¬deyn uşaqlarının tərbiyəsində mütləq müəyyən pedaqoji
               məq-sədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və
               ya  səhv¬dir?  Valideyn  öz  məqsədini  necə  həyata  keçirir?
               Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın
               xarakter daşımır, yəni dəqiq olmur. Bu uşaqların ailə tərbiyəsi
               işinə  böyük  ziyan  vurur.  Lakin  bununla  yanaşı,  qeyd  etmək
               lazımdır ki, valideynlərin – ata-ananın böyük əksəriyyətinin öz
               qarşısına qoyduqları  pedaqoji məqsədlər  dəqiqliyi ilə  seçilir.
               Şəxsiyyətin  formalaşması  ictimai  münasibətlər  sistemi  ilə
               bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz
               bu  cəhəti  –  ictimai  münasibətlər,  o  cümlədən,  ailə
               münasibətləri  siste¬minin  uşaq  şəxsiyyətinə  təsiri  nəzərdə
               tutulur.  Ailədə  uşaqların  sosial  inkişaf  şəraiti  müxtəlif
               amillərlə  şərt¬lənir,  onlardan  ikisini  ayrıca  qeyd  etmək
               gərəkdir. Birinci tip amil¬lərə ailə münasibətləri – ata ilə ana,
               valideynlərlə  uşaqlar,  bacı  ilə  qardaş,  və  s.  arasındakı
               münasibətlər  daxildir.  Ailənin  maddi  və¬ziy¬yəti,  mənzil
               şəraiti, quruluşu ikinci tip amillər sırasına daxil edilir. İkinci
               tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcə¬də təsir
               göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc
               nəslin  tərbiyəsində  həlledici  hesab  etmək  olmaz.Ailə
               münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diq¬qət
   121   122   123   124   125   126   127   128   129   130   131