Page 127 - Islamic Studies 06
P. 127

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /126

               yetirilməlidir.  Ailədə  böyüməkdə  olan  nəslin  tərbiyəsi
               prose¬sində  valideynlərin  istifadə  etdikləri  ən  mükəmməl
               tərbiyə  üsulları  ailə  münasibətlərinin  tərbiyəvi  səmərəliliyini
               əvəz etmir və edə də bilməz. Ailə münasibətləri, hər şeydən
               əvvəl,  uşaqların  emosiya  və  hisslərinə  təsir  göstərir.  Yaş
               artdıqca  uşaqlar  həmin  münasibətləri  mə¬nimsəyir,  nəticədə
               bu  zəmində  də  oğlan  və  qızların  xarakter  əla-  mətləri

               formalaşır.   Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə
               deyirlər: "Əzi¬zim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Atalar
               sözünün  hik¬məti  aydındır.  Uşaqların  tərbiyəsinə  xüsusi
               diqqət yetirilməlidir.

               Bu məsələyə hədislərdə də geniş yer verilmişdir.
                   Əhalinin  təhsil  –  mədəni  səviyyəsinin  köklü  surətdə
               yüksəl¬məsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm
               təsir  gös¬tər¬miş¬dir.  İxtisasından  asılı  olmayaraq  onların
               böyük  əksəriyyəti  ailə  tərbiyəsi  problemləri  üzrə  qəzet  və
               jurnallarda  ardıcıl  surətdə  dərc  olunan  məqalələri  maraqla
               oxuyur,  televiziya  və  radio  verilişlərində  ölkəmizin,  o
               cümlədən,  respublikamızın  tanınmış  psixoloq,  pedaqoq  və
               həkimlərin  söhbətlərinə  diqqətlə  qulaq  asırlar.Son  zamanlar
               ailə  tərbiyəsi  problemlərinə  dair  kitab  və  kitab¬ça¬lara  da
               maraq  artmışdır.  Lakin  bir  çox  ailələrdə,  xüsusilə,  gənc
               ailə¬lərdə uşaqların tərbiyəsi sahəsində ciddi nöqsanlara rast
               gəlirik. On¬lar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən
               səbəblərlə      bağlıdır.Son      illər   valideynlərin      pedaqoji
               mədəniyyəti  məsələlərini  öy-rən¬mək  məqsədilə  müxtəlif
               tədqiqatlar  aparılmışdır.  Alimlər  müəy¬yən  etmişlər  ki,  ata-
               anaların  bir  çoxunun  ailə  tərbiyəsi  haqqındakı  bilikləri  çox
               ümumi, hətta bəzən səthi xarakter daşıyır.Belə valideynlər ailə
               tərbiyəsinin ən sadə məsələlərini həll et¬məkdə çətinlik çəkir,
               buna görə də uşaqla "ağlı necə kəsirsə, elə də rəftar edir”. Bu
   122   123   124   125   126   127   128   129   130   131   132