Page 128 - Islamic Studies 06
P. 128

Vəhyin mahiyyəti / 127

               zaman  onlar  "tərbiyə  üsullarının”  nəticələrini  gör¬mür,
               özlərinin atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün
               qiymətləndirə  bilmirlər.  Onlara  ailə  pedaqogikasını  kim
               öyrədir? Demək olar ki, heç kim. Ailə tərbiyəsi məsələlərini
               biz özümüz başqalarına–uşaq vaxtı ata və anamıza, sonralar isə
               qonum–qonşuya baxa-baxa çox vaxt onların səhvlərini təkrar
               edə-edə      öyrənirik.Ailə     münasibətlərinin       gənc     nəslin

               tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol
               verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə
               uşağa  verilən  mənəvi  tələblərlə  valideynlərin  öz  əməlləri
               uyğun  gəlmir.  Evin  məişət  qayğılarında  ata-ananın  eyni
               dərəcədə  iştirak  etməməsi, hətta  bu  əsasda  əmələ  gələn  söz-
               söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında
               təsəvvürlərin  formalaşmasına  mənfi  təsir  göstərir.  Bəzən  ata
               uşağa  bir  tərzdə,  ana  başqa  cür,  nənə  isə  tamamilə  fərqli
               şəkildə  təsir  edir.  Tərbiyəvi  təsirlərin  vəhdətdə  olmaması
               uşaqların  münasi¬bətlər  sisteminin  və  qiymət  meyarlarının
               formalaşması pro¬sesini çətinləşdirir.Ailənin tərbiyə vəzifələri
               və imkanları haqqında da yanlış tə¬səv¬vürlərə də az təsadüf
               olunmur. Bir çox ailələrdə əmək tərbi¬yə¬sinin əhəmiyyətsiz
               yer tutması, oyunlardan və birgə inkişafetdirici məş¬ğələlərin
               digər  formalarından  az  istifadə  edilməsi  bununla  bağlıdır.
               Gənc  nəslin  yaş,  fərdi  və  cins  xüsusiyyətlərinin,  tələbat  və
               imkanlarının  hesaba  alınması  sahəsində  də  ciddi  nöqsanlar
               vardır.  Məsələn,  psixoloqlar  müəyyənləşdirmişlər  ki,  5-6
               yaşında  uşaqlar  dil  öyrənməyə  çox  həssas  olurlar,  onlar  ana
               dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili, tutaq ki, ingilis
               dilini öyrənə bilərlər. Lakin təəssüflə bildirməliyik ki, ailələr
               çox zaman bu imkandan səmərəli istifadə etmirlər.Valideynlər
               uşaqların  təbii  imkan  və  qabiliyyətlərinin  vaxtın¬da  üzə
               çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar
   123   124   125   126   127   128   129   130   131   132   133