Page 129 - Islamic Studies 06
P. 129
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /128
çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə
təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar.
Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların
mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata–analar,
hətta uşaqlar üçün "peşə seçəndə” belə onun "maddi cəhətdən
sərfəli” olmasına diq¬qət yetirirlər. Valideynlərin özlərinin
maraqlarının məhdud ol¬ma¬sı uşaqların dünya, ailə, insan
haqqında təsəvvürlərində əks olu¬nur. Ailə tərbiyəsinə quru
nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin
az və yeksənək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə
valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran
söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır. Ailədə
asudə vaxtın planlaşdırılması gün rejiminin düzgün təşkilindən
çox asılıdır. Bu bəzi hallarda valideynin iradəsindən də asılı
olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailəyə kömək
et¬mə¬yə borcludurlar.
Müşahidələr göstərir ki, uşaqlar daha çox sərbəst olduqları-
məktəbdən və ailədən kənar gəzib dolandıqları vaxt pozulurlar.
Ya¬şa¬dığı məhəllənin, küçənin, yerləşdiyi ərazinin yaxınlığı,
dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi-buluğa
çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında
nüfuzluları daha yüksək olur. Digər uşaqlar onun ətrafında
toplaşır, onlarla məsləhətləşirlər. Hə¬min yeniyetmənin
şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli təd¬bir görmək
valideyn üçün zəruridir. Ailədə yeniyetmələrin hədsiz
dərəcədə əzizlənməsi, onların hər cür tələblərinə güzəştə
gedilməsi, bəzi hərəkət və dav¬ra¬nış¬larında onlara sərbəstik
verilməsi çox vaxt pis nəticələnir. Belə ki, yeniyetmə
məktəbdən yayınır, siqarət çəkməyə, içki içməyə, yaşlı¬lara
məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır.
Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır:
valideyn¬lərlə uşaqlar arasında münasibətlər şəxsi–emosional