Page 130 - Islamic Studies 06
P. 130
Vəhyin mahiyyəti / 129
xarakter daşı¬yır. Ana uşaqla "şirin” dillə danışır. Ata
məhəbbəti də şirindir, öv¬ladların qəlbini riqqətə gətirir. Ailə
tərbiyəsinin üstünlüyü və zərifliyi də məhz bundadır. Fiziki və
psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa
(ye¬ni¬yetmə və gəncə) hər şeydən əvvəl, valideyn məhəbbəti
gə¬rək¬dir. O şərtlə ki, ata-ananın məhəbbəti uşağı inkişaf
etdirməlidir. Onun nəinki bu günkü, həm də sabahkı
xoşbəxtliyinin rəhni olma¬lıdır.
Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda
özünü göstərir: onlar uşağı əmək qayğılarından azad edirlər,
hamı onun canına and içir, adi sözünə belə əməl edir, gənci
salmırlar, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan
qaldırır... Vali- deynlər o zaman xəbər tuturlar ki, gəncin
iddiası günü-gündən artır. O, ailənin işləri ilə maraqlanmır,
yalnız özü haqda fikirləşir.
Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza
al¬ma¬yan, hətta valideynlərdən biri tərəfindən müdafiə
edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır: ”
Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən
yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər”. Belə
halda yeniyetməyə bəslənən qayğının həddi gözlənil- məlidir.
Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman "çətin”
olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis
əməllərini alqışlamaq pedaqoji baxımdan düzgün deyil.
Təəccüblü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr
də, yenə də uşağı həd- dindən artıq qayğı ilə böyüdürlər, çünki
bu çox asan yoldur. Uşağı əzizləməyə asandır, lakin onunla hər
hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox
çətindir.
Çünki bu valideyndən təkcə vaxt deyil, həm də bilik, baca-
rıq, pedaqoji səriştə tələb edir. Biz hər hansı bir qayğıdan uşağı
azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun