Page 179 - Islamic Studies 06
P. 179

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 178


               vəhy  dini,  həyatın  bütün  sahələrində  paklıq,  təmizlik  və
               sağlamlığa  olduqca  böyük  əhəmiyyət  verir.  Onun  bu  sahəyə
               diqqəti  digər  dinlər  arasında  misilsizdir.  Bu  səmavi  dinin
               səhiyyə mövzusundakı beş mindən çox göstərişinin bir hissəsi
               «Vəsailüş-şiə»  kitabının  birinci  və  ikinci  cildlərində  qeyd
               olunmuş,  bütün  tibbi  qanunların  fövqündə  olduğunu  sübuta
               yetirmişdir.
                   İslam  dini  təqribən  on  beş  amili  təmizlik  və  sağlamlıq
               amili kimi göstərmişdir. Belə bir səhiyyə sistemi heç bir dində
               mövcud deyildir.
                   İslam bir çox yerlərdə çirkinliyi, aludəçiliyi haram hesab
               etmiş, bu işi  görən şəxsin isə  qiyamət günü Allahın  əzabına
               düçar olacağını bildirmişdir.
                   Axar su, quyu suyu, bulaq suyu, yağış suyu, hündürlükdən
               bir  şeyin  üstünə  axan  az  su,  torpaq,  yer,  günəşin  maneəsiz
               şüası, od, nəcis şeyin digər bir hala düşməsi ‒ bütün bunların
               hamısı  öz  növbəsində  və  müəyyən  olunmuş  şəraitdə  pak
               edənlərdəndir (mütəhhərat).
                   Haqq  elçisi  (s)  bir  neçə  rəvayətdə  təmizlik  və  paklığın
               əhəmiyyətinə  toxunaraq  buyurmuşdur:  «Təmizlik  imanın
               yarısıdır».("Mizanül-hikmə" c.5, səh.558)
                   Çox  maraqlıdır  ki,  imanın  yarısını  bütün  əxlaqi,  əməli
               məsələlər  təşkil  etdiyi  halda,  qalan  yarısını  təmizlik  və
               təmizliyə  verilən  əhəmiyyət  təşkil  edir.  Bu  hər  bir  düşüncə
               sahibini heyran edir.
                   «Qiyamət        günü     ilk     (hesabı)     soruşulacaq      şey
               təmizlikdir».(Həmin mənbə)
                   Rəsulullah  (s)  ağızın,  saçın,  üzün  tükünün,  geyimin,  ev
               əşyalarının,  küçələrin,  şəhərin  və  kəndlərin,  hətta  ölülərin
               təmizliyinə belə olduqca əhəmiyyət verir və bu sahəyə bütün
               dünya xalqlarından daha çox riayət edirdi.
   174   175   176   177   178   179   180   181   182   183   184